CƏMİYYƏT
A- A A+

BMT sənəd yayıb

2016-09-07 12:40:32

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı

Xarici İşlər Nazirliyinin (XİN) hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Məclisinin 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq adlı bəndlərə uyğun olaraq, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının A/70/1016-S/2016/711 (http://un.mfa.gov.az/files/file/N1626110.pdf) saylı sənədi kimi yayılıb.

Bu haqda XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O, deyib:
“Bu ilin mart ayında təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrinin məlumatları əsasında hazırlanıb. Hesabatda ölkəmizin işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb.

Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara çıxarılması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır. Həmçinin, hesabatda təqdim olunan faktlar münaqişənin siyasi həllinə yönəlmiş hazırkı səylərə baxmayaraq, Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərini açıq-aşkar ilhaq etmək (anneksiya) siyasətini yürütdüyünü sübut edir”.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1009

QHT və MEDİA

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...