SOSİAL
A- A A+

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillər verildi

2016-09-07 12:20:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 11 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mənzillərin istifadəyə verilməsi tədbirində Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
 “Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif  bölgələrində  çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış  binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”, - deyə Z.Babayev əlavə edib.
DSMF sədri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Prezidentin aylıq təqaüdü, habelə pensiya və sosial müavinətlərlə də təmin edildiklərini, ötən dövrdə bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını vurğulayıb. O, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası, eləcə də xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm işlərin görüldüyünü bildirib. 
 İstifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2 ədədi şəhid ailələrinə təqdim edilib. 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 613

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...