SİYASƏT
A- A A+

Baş nazir Giorgi Kvirikaşvili: Azərbaycan bizim strateji tərəfdaşımızdır

2016-09-07 11:20:22

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz SOCAR ilə çox yaxşı əməkdaşlıq edirik. SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili sentyabrın 6-da keçirilən beynəlxalq konfransda çıxış edib.
Baş nazir deyib ki, Gürcüstanın təbii qaza olan tələbatının başqa ölkələrdən alınan “mavi yanacaq” hesabına ödəniləcəyi barədə söhbətlərin heç bir əsası yoxdur. Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan aldığı “mavi yanacaq” hesabına ödəyəcək.
G.Kvirikaşvili deyib: “Bu il Gürcüstanın təbii qaza olan tələbatı 2 milyard 422,9 milyon kubmetr proqnozlaşdırılıb. Bu da 2015-ci illə müqayisədə 0,8 faiz çoxdur. Tələbatımızın ödənilməsi üçün nəzərdə tutulan təbii qazın 2 milyard 156,8 milyon kubmetrinin əsas qaz təminatçımız olan Azərbaycandan almağı nəzərdə tutmuşuq. Qalan hissəni isə Rusiyadan Ermənistana daşınan qazın nəqlindən almaq niyyətindəyik”.
Baş nazirin sözlərinə görə, Gürcüstanın öz yeraltı ehtiyatları hesabına 15,6 milyon kubmetr qaz əldə edəcəyi gözlənilir.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 850

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...