TƏDQİQATLAR
A- A A+

Əcnəbi mətbuatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalələr dərc olunub

2016-09-07 11:05:34

Yazı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə əlaqədar Ermənistanın təşkil etdiyi təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki diplomatik missiyasının təşəbbüs ilə bu ölkənin geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli müvafiq bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” ilə bağlı sentyabrın 15-18-də Xankəndidə beynəlxalq gənclər konfransının və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, bu qondarma rejimin yaradılmasının Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi olduğu bildirilir. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.

Məqalələrdə münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət etdiyi vurğulanır. Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxslər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırılır.(AZƏRTAC)

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 716

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...