SİYASƏT
A- A A+

Politoloq: “Özbəkistan bütün qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

2016-09-06 08:25:24

Əvvəllər Özbəkistan və MDB məkanındakı istənilən dövlət ancaq öz maraqları üzərindən fokuslanmışdı

Amma öz hakimiyyətlərini möhkəmləndirdikcə, SSRİ-nin dağılması prosesini anladıqca təbii ki, Özbəkistan və digər respublikalar daha əhatəli xarici siyasət aparmağa başladılar.Bu fikri Azadinform-a politoloq Mübariz Əhmədoğlu Özbəkistan-Azərbaycan münasibətlərini şərh edərkən deyib. O qeyd edib ki, Özbəkistan yarananda rusiyapərəst siyasət aparırdı, KTMT-nin üzvü idi. Özbəkistan türkdilli dövlətlərlə əlaqələrə meylli idi: “Lakin mərhum prezident İslam Kərimovun son 10 ildə  apardığı siyasət Qərb vektoru üzərində qurulub, bu balans elementlərini nəzərə alan siyasət idi”. Politoloq qeyd edib ki, lakin sonradan Özbəkistan KTMT-dən çıxdı, ABŞ-la münasibətləri genişləndirdi: “SSRİ dağıldıqdan sonra Özbəkistan elə başa düşürdü ki, MDB adlı yeni bir struktur yaranır və  bu struktur nizamnaməyə uyğun hərəkət etməlidir. Özbəkistan elə hesab edir ki, türkdilli dövlətlər bəlkə də keçmiş SSRİ-ni əvəz edəcək”.

Politoloq vurğulayıb ki, sabiq prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanla Özbəkistan arasındakı münasibətlərdə istiləşmə yarandı: “Özbəkistan-Azərbaycan münasibətlərindən danışarkən nəzərə almaq lazımdır ki, o vaxt bizim hakimiyyətlər hansı siyasəti aparırdı. H. Əliyev hakimiyyətə gəldikdən sonra Özbəkistan və digər dövlətlər Azərbaycanın siyasətinin mahiyyətini anladı”. M. Əhmədoğlu bildirib ki, Özbəkistan son illərdə bütün qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin Ermənistan-Özbəkistan münasibətləri sıfırdadır, aktivlik yoxdur. Özbəkistanın Ermənistanda səfirliyinin olması isə nominal parametrdir.

Politoloqun fikrincə, əvvəldə baş verənləri ekstrapolyasiya etmək kökündən yanlışdır. İndi Özbəkistan türkdilli dövlətlərin tədbirlərində də iştirak etmir: “Yəni bu dövlət öz vektorunu müəyyən edib. O başa düşür ki, bir qonşusu Əfqanıstan, bir qonşusu Qazaxıstandır. Bir müddət Özbəkistan Qazaxıstanda liderlik uğrunda mübarizə aparıb. Yəni burada həddindən çox parametrlər var”.

Politoloq hesab edir ki, rəsmi Daşkəndin Özbəkistan-Azərbaycan əlaqələrinə çox yüksək səviyyəli münasibəti var: “İndi gələn hakimiyyət də İslam Kərimovun Azərbaycanla bağlı kursunu qoruyub saxlayacaq, bəlkə də inkişaf etdirəcək.

İslam Kərimovun göstərişi ilə mürəkkəb relyefi olan Kamçık dağında yol çəkilməlidir, bu Daşkəndlə Fərqanə arasındakı məsafəni 2-3 dəfə qısaldacaq. Həmin dəmiryolunu da Azərbaycan şirkətləri tikir. Özbəkistan öz strateji əhəmiyyətli məsələsini Azərbaycan şirkətinə həvalə edib. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi münasibətlərdə işlənməli çox sahələr var. Nəticədə Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr genişlənəcək, mal mübadiləsi artacaq”.

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 304

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...