SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: "Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"

2016-09-05 08:05:11

. "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 Ölkə başçısı deyib ki, buna görə də daxili resurslar artırılmalıdır: "Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir. Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır".

 Prezident deyib ki, sahibkarlar aparılan islahatlara çox müsbət reaksiya verirlər: "İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 1066

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...