QHT və MEDİA
A- A A+

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bəzi KİV-lərdə yayılmış yanlışlıqlara aydınlıq gətirib

2016-09-02 08:40:25

Bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən “Azərbaycan Dünya Ticarət Təşkilatından (DTT) 1 milyard ABŞ dolları istəyib” başlıqlı məqalələr yayılıb

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı açıqlamasında bəzi yanlışlıqların aradan qaldırılması üçün müsahibədə səsləndirilmiş fikirlərin əsl mahiyyətinə aydınlıq gətirilir. Açıqlamada bildirilir:

· Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan Hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir.

· Hazırda Azərbaycan DTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra danışıqçı ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır.

· Bu müstəvidə, DTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABŞ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABŞ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir.

· Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə DTT tərəfindən bu təşkilatın üzvlərinə, yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

· Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan Hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABŞ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaq.

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 385

QHT və MEDİA

2018-07-23 09:10:48

QHT və MEDİA
ABŞ Azərbaycanlıları Şəbəkəsindən Ağdamı...
ABŞ Azərbaycanlıları Şəbəkəsindən Ağdamı...

ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün ...

2018-07-21 07:05:31

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illik yubileyi ...
Azərbaycan Ordusunun 100 illik yubileyi ...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ...

CƏMİYYƏT

2018-07-23 09:00:17

CƏMİYYƏT
“Keçir göz önümdən Ağdamım mənim”...
“Keçir göz önümdən Ağdamım mənim”...

İyirmi beş ildir ki, doğma şəhərim işğal altında sızıldayır. Hər ilin 23 iyul...

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

İQTİSADİ

2018-07-21 08:15:26

İQTİSADİ
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz D...
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz D...

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəki...

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...