SİYASƏT
A- A A+

Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib

2016-09-02 08:30:29

ATƏT məkanında təhlükəsizlik məsələsi həll olunmamış silahlı münaqişələr, davam edən hərbi təcavüz, terrorizmin artan təzyiqi, zorakı ekstremizm, separatizm, kiber-hücumlar, radikalizm və digər hədələrlə sarsılıb

Etnik və dini zəmində dözümsüzlük və ayrı-seçkilik, xüsusilə islamofobiya kimi artan meyillər də ciddi çağırışlardır. Hazırkı beynəlxalq təhlükəsizlik problemlərinin əksəriyyəti beynəlxalq hüququn qəsdən pozulması və təhrif olunması səbəbindən baş verir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısındakı çıxışında bildirib.

Nazir deyib: “Bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar. Bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur.

Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Ermənistan Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tam şəkildə pozaraq, 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb.

Ermənistanın xarici işlər naziri burada çox ziddiyyətli danışdı. Burada hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir ki, kimdir təcavüzkar. Kim Azərbaycan torpaqlarını işğal edib. Kim ölkəmə qarşı güc tətbiq edir. Kim beynəlxalq və humanitar hüququ pozub.

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Artıq bəsdir. Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.

Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbuledilməməzliyi təmin olunmalıdır.

Biz mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün Helsinki Yekun Aktının əsas prinsiplərinə, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət olunmasını təmin etməliyik”.

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 580

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...