MƏDƏNİ
A- A A+

Azərbaycanla Nyu-Yorkun Bruklin inzibati rayonu arasında mədəni mübadilə proqramı yaradılacaq

2016-09-01 10:00:26

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olub

Nümayəndə heyətinə yerli hakimiyyət rəhbərinin müavini Rozental Marietta və köməkçisi Dimon Stefani Ama Evelin daxildir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, yaradıcı gənclər üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.

Erik Adams ölkəmiz haqqında yüksək fikirlərini ifadə edərək, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.

Əbülfəs Qarayev 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini bu foruma dəvət edib.

 

Qeyd edək ki, nümayəndə heyətinin sentyabrın 3-dək davam edəcək səfəri çərçivəsində rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 685

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...