MÜSAHİBƏ
A- A A+

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun tərkibi formalaşdırılıb

2016-09-01 09:50:15

Müsahibə

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması ilə bağlı görülən işlərlə əlaqədarAZƏRTAC-a müsahibə verib.
Fact-info.az həmin mənbəyə istinadən müsahibəni təqdim edir

- Hikmət müəllim, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə aprelin 13-15-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin Yekun Bəyanatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ciddi mövqe ifadə olunub və Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında qərar qəbul edilib. İƏT Kontakt Qrupunun formalaşdırılması istiqamətində nə kimi işlər görülür?

- Dövlətimizin başçısının iştirakı ilə “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.

Tədbirin Yekun Bəyanatında Ermənistanın ölkəmizə qarşı təcavüzü, cari il aprelin əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer aldı.

Bu bəndlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin Yekun Bəyanatda üzv dövlətlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davamlı olaraq həyata keçirdiyi hücumlarını və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura, digər obyektlərə zərərlərin yetirilməsini qəti olaraq pisləyir.

Sammitdə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması vacib qərarlardan biridir. Ötən müddət ərzində İƏT-in katibliyi ilə birlikdə sözügedən Kontakt Qrupun tərkibinin formalaşdırılması istiqamətində iş aparılıb. İƏT-in katibliyinə göndərilən bildirişə əsasən qrupun tərkibinə yeddi dövlət - Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində bütün regionlar təmsil olunub.

İƏT Kontakt qruplarının iclasları adətən İslam Əməkdaşlıq Təşkilatı Sammitinin, İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyaları və BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkil olunur. Kontakt Qrupunun iclasında İƏT baş katibi və qrupa üzv dövlətlərin xarici işlər nazirləri (və ya onların nümayəndələri) iştirak edir. İclasa sədrlik funksiyalarını İƏT baş katibi və ya onun müavinlərindən biri həyata keçirir. Sədr Kontakt Qrupunun iclasını açaraq, mövcud vəziyyətlə bağlı ətraflı məlumat təqdim edir. Kontakt Qrupunun mövzusuna birbaşa aidiyyəti olan ölkənin xarici işlər naziri çıxış edərək, danışıqlar prosesi, görülmüş işlər və son vəziyyəti əks etdirən hesabatı təqdim edir. Daha sonra iclasda iştirak edən qrupa üzv dövlətlərin nümayəndələri söz alaraq bəyanatlarla çıxış edir, təmsil etdiyi ölkələrin mövqelərini, tövsiyə və təkliflərini bildirir. İclasın sonunda yekun hesabat qəbul olunur və üzv ölkələr arasında yayılır.

 BMT Baş Assambleyasının sentyabrda başlayacaq 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində ayrıca tədbir kimi Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun xarici işlər nazirləri səviyyəsində ilk iclasının keçirilməsi istiqamətində iş aparılır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 894

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...