İQTİSADİ
A- A A+

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın I Avrasiya konfransı

2016-08-31 09:25:38

Tədbirlə bağlı

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işini avqustun 30-da davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Regional enerji təhlükəsizliyi” adlı plenar sessiyada “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” və onun tərkib hissələri təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələrinin icrasının son vəziyyəti barədə məlumat verib. B.Aslanbəyli “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə həyata keçirilən işlərdən də danışıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə nümayəndəsi Orxan Zeynalov “Cənub Qaz Dəhlizi”nin Avropa üçün enerji mənbələrinin və infrastrukturunun şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Hellenic Enerji İqtisadiyyatı üzrə Assosiasiyasının (HAEE) direktoru Kostas Andriosopoulos mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) bazarının 2030-cu ilə qədər iki dəfəyədək artaraq illik 470 milyon tona çatacağının proqnozlaşdırıldığını bildirib. Qeyd edib ki, pərakəndə LNG bazarının isə 95 milyon ton olacağı nəzərdə tutulur.

Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts deyib ki, Xəzərin Azərbaycan sektorunda “Şahdəniz 3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur. “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə ümumilikdə 1,2 trilyon kubmetr həcmində ehtiyatlar var. 2018-2025-ci illərdə hər iki layihə üzrə ildə ümumilikdə 25 milyard kubmetr həcmində qaz ixrac etmək mümkün ola bilər.

Konfransın ikinci günündə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Koreya Respublikası, Qazaxıstan, Avstriya, Ukrayna və Yaponiyadan olan ekspertlərin mühazirələri dinlənilib. Sessiyalarda Xəzər regionunda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, davamlı inkişaf üçün enerji siyasəti, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər nəzərdən keçirilib.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 619

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...