QHT və MEDİA
A- A A+

Azərbaycan diasporunun üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər

2016-08-31 09:05:11

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD-İstanbul) idarə heyətinin üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər

Bu barədə AzərTAc-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ziyarət zamanı heyət adından açıqlama verən təşkilatın sədri Səfər Qaraqoyunlu hər bir türkün şəhidlərin uyuduğu bu məzarlığı ziyarət etməsinin vacibliyini vurğulayıb. O, Çanaqqalanın şərəflə qazanılan zəfər, vətən torpaqlarını qorumaq üçün ayağa qalxan bir millətin azad yaşamaq eşqinin ibrətverici nümunəsi olduğunu söyləyib. Bildirib ki, tarixən müstəqil və azad yaşamağa alışmış türk milləti bu savaşda canı və qanı ilə torpağı uğrunda mübarizə apararaq qələbə qazanıb.

Çanaqqala zəfərinin tarixdə Türkiyə və türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu deyən S.Qaraqoyunlu savaşda şəhid olan Azərbaycan əsgələrindən də danışıb. Vurğulayıb ki, qeyri-rəsmi rəqəmlərə görə, Qafqazdan və Azərbaycandan 18 min insan könüllü şəkildə Çanaqqala döyüşlərinə qatılıb və rəsmi statistikaya əsasən onlardan 3 mini şəhid olub.

Qeyd edək ki, avqustun 30-u Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. 1922-ci ildə İstiqlal savaşı gedən Türkiyədə Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələrini məğlub edib və həmin gün tarixə Çanaqqala zəfəri kimi yazılıb.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 207

QHT və MEDİA

2017-06-22 20:25:51

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasətinın yara...
Ermənistanın işğalçılıq siyasətinın yara...

Fact-info.az xəbər verir ki, yunun 22-də Beynəlxalq Münasibətlərin Araş...

2017-06-21 08:40:47

QHT və MEDİA
Qarabağ rəssamlıq məktəbi
Qarabağ rəssamlıq məktəbi

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsvir...

CƏMİYYƏT

2017-06-23 12:10:37

CƏMİYYƏT
Balakən və Zaqatala rayonlarında Şuranın...
Balakən və Zaqatala rayonlarında Şuranın...

Azərbaycan Respub...

2017-06-21 22:35:07

CƏMİYYƏT
“L’Opinione”: “Jerusalem Post” Azərbayca...
“L’Opinione”: “Jerusalem Post” Azərbayca...

İtaliyanın “L’Opinione” qəzetində tədqiqatçı-jurnalist Domeniko Letizianın “J...

İQTİSADİ

2017-06-24 11:20:28

İQTİSADİ
Enerji təhlükəsizliyinin hüquqi probleml...
Enerji təhlükəsizliyinin hüquqi probleml...

Qloballaşma dövründə həm ümumdünya miqyasında, həmçinin dünyanın müxtəlif reg...

2017-06-20 09:25:14

İQTİSADİ
Azərbaycan Qlobal kibertəhlükəsizlik ind...
Azərbaycan Qlobal kibertəhlükəsizlik ind...

"APA-Economics" xəbər verir ki, indeks ITU-nun üzvü olan ölkələrin kibertəhlü...