SOSİAL
A- A A+

“Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir”

2016-08-30 08:35:00

Bu fikirləri “Trend”ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib

O bildirib  ki, təklif olunan dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır: “Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklərin zərurəti yaranıb. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət prinsipi əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş zenzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin sərbəst seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib, seçilmək hüququ veriləcək”.

YAP rəsmisi bildirib ki, bəzi qüvvələr Konstitusiyanı qərəzli şərh edirlər: “Həmin qüvvələrin hüquqşünasları əlavə və dəyişikliklərdə doğru olmayan hər hansı məqamlarla bağlı tutarlı hüquqi fakt ortaya qoya bilməyiblər.

S.Novruzov Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını zəruri hesab edir: “Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların surətinə uyğunlaşdırılmasıdır”.

Deputat qeyd edib ki, Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur: “İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bütün tədbirlərdə Prezidentin iştirak etməsi çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var”.

S.Novruzov deyib ki, Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir: “Azərbaycanda kimlərin vitse-prezidentliyə şanslı olmasına gəlincə, bu səlahiyyət Prezidentə aiddir. İlham Əliyev kimi məsləhət, layiq biləcəksə, təbii ki, o şəxslər də vitse-prezident kimi fəaliyyət göstərəcək”.

Deputat bildirib ki, yeni Konstitusiya dəyişiklikləri Parlamentin fəaliyyətini, səlahiyyətlərini məhdudlaşdırmayacaq: “Parlamentin səlahiyyətləri olduğu kimi qalır. Prezidentə impiçmentdən tutmuş, hökumətlərin hesabatları, Baş nazirin təsdiqi, büdcənin təsdiqi və ona nəzarət, Ombudsmanın təsdiqi və digər məsələlər Azərbaycan Parlamentinin səlahiyyətlərinə aiddir. Sadəcə, Parlamentin buraxılması məsələsi ilə bağlı bəzi əlavələr olub. Bu da ölkədə baş verə biləcək hər hansı xaosun yaranmasının qarşısının alınmasına xidmət edir. Tutaq ki, Parlament bir il ərzində iki dəfə hökumətin hesabatını qəbul etməsə, bu praktikada heç müstəqillik dövründə olmayıb, onda Prezident parlamenti buraxmaq səlahiyyətlərə malik olacaq. Yerdə qalan məsələlərdə Parlamentin fəaliyyətini məhdudlaşdıran məsələlər yoxdur. Və ya Prezidentin səlahiyyətlərinin genişlənməsindən söhbət getmir. Sadəcə, operativ idarəetmə sistemi üçün vitse-prezidentlik institutunun yaradılması ehtiyacı yaranıb”.

Milli Məclisin deputatı Çingiz Qənizadə isə SİA-ya bildirib ki,  vitse-prezidentlik institutunun yaradılmasından sonra artıq birbaşa rəhbərlik Prezidentin əlində olmaqla, iş yükünün azaldılmasına gətirib çıxaracaq: “Bu, daha mobil və çevik dövlət idarəçiliyin həyata keçirilməsinə xidmət edəcək. Vitse-prezidentlik institutunun yaradılması çox normaldır. Dünya təcrübəsində bu var. Zaman göstərəcək ki, vitse-prezidentlik institutunun Azərbaycanda tətbiqi  həm ölkənin daxili, həm də xarici siyasətində daha çevik, daha operativ işlərin görülməsində dövlət başçısına dəstək olacaq”.

Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, cəmiyyətin inkişafı ilə yanaşı onu idarə edən dövlət qanunlarının da inkişaf etdirilməsi vacibdir: “İnkişaf etmiş ölkələrin konstitusiyalarında da mütəmadi olaraq dəyişikliklər edilir, qanunlar müasirləşdirilir, dövlət idarəetmə sistemi təkmilləşdirilir. Nəzərdə tutulan hər bir dəyişiklik Azərbaycan qanununun xalqa daha mükəmməl xidmətinə, daha demokratik hüquqi dövlət quruluşunun təşkilinə xidmət edəcək. Bu dəyişikliklərdən biri də Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan 103.1 maddəsidir. Yəni, bu maddədə Azərbaycanda 1-ci vitse-prezident və vitse-prezdent vəzifələrinin təsis olunmasını qanun normasına salınması nəzərdə tutulur. Ümumiyyətlə, vitse-prezdentlər institutu beynəlxalq praktikada mövcuddur və BMT- də təmsil olunan 193 dövlətdən 67-də bu postlar mövcuddur. Qeyd etmək istəyirəm ki, vitse-prezident postları olan ölkələrin əksəriyyəti möhkəm dövlət quruluşuna malik inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə dövlət başçısı səlahiyyət müddəti ərzində vitse-prezidentləri təyin edir və onunla yanaşı dövlətin əsas sahələrinə cavabdehlik daşıyır. Referenduma çıxarılan əlavələrdə vitse-prezdentlik institutunun yaradılması və onların toxunulmazlığı ilə bağlı məsələlər yer alır və qanun şəklinə salınır. Amma vitse-prezdentlərin hansı sahədə fəaliyyəti olacaqsa, məsələ qanun şəkilinə düşəndən sonra ölkə başçısı tərəfindən müəyyənləşdiriləcəkdir. Həm də bununla yanaşı qeyd etmək istəyirəm ki, vitse-prezidentlik institutunun yaradılması mütərəqqi addımdır və Azərbaycanda sabit inkişafı təmin edən idarəçilik sistemi yaradacaqdır”.

Millət vəkili bildirib ki, vitse-prezident institutu yaradılandan sonra idarəetmədə nəzarət mexanizmi daha effektiv işləyəcək, beynəlxalq əlaqələrin daha da güclənməsinə xidmət edəcəkdir: “Vitse-prezdent institutunun yaradılması dövlət idarəetməsini daha aktivləşdirəcək və möhkəmləndirəcək bir addımdır .Düşünürəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş Konstitusiyada nəzərdə tutulan dəyişikliklərə xalqımızın yüksək dəstəyi olacaqdır. Çünki bütün dəyişikliklər xalqımızın rahat və yaxşı yaşamasını təmin edəcəkdir”.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 815

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...