CƏMİYYƏT
A- A A+

Elman Nəsirov: "Azərbaycanda vitse-prezidentlik institutu daha çevik olacaq"

2016-08-25 16:05:02

Dəyişən geosiyasi şərait, regionda baş verən proseslər, eyni zamanda Azərbaycanın öz daxili inkişaf məntiqindən doğan proseslər dövlət idarəçiliyi sistemində institutlaşma proseslərində müəyyən dəyişikliklərin edilməsini zəruri edir

Bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

İnstitut direktoru bildirib ki, bu dəyişikliklər ilk növbədə idarəçilik sistemininin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: “Bu baxımdan hesab edirəm ki, sentyabrın 26-da ölkə Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir. Bu dəyişikliklər dövlət idarəçilik sistemini əhatə edir. İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir”.

E.Nəsirovun sözlərinə görə, diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır.

Bunu olduqca vacib addımlardan biri sayan deputatın fikrincə, bu dəyişikliyin edilməsini şərtləndirən vacib amil odur ki, bir çox hallarda dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar üçün zamana ehtiyac yaranır: “Biz prezidentin səlahiyyət müddətinin 7 il olmasına keçirik, dünyada isə 7 illik prezidentlik yoxdur” kimi yanaşma düzgün deyil. Bu baxımdan biz "pioner" deyilik. Çünki bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada isə 6 illik prezidentlik müddəti var. Burada əsas məqsəd Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu təminatına nail olmaq üçün zaman qazanmaqdır”.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisə sayan E.Nəsirovun sözlərinə görə, məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir: "Vitse-prezidentlik institutunun daha çevik olacağına heç kəsin şəkk-şübhəsi yoxdur. Azərbaycanda Prezident və administrasiyasının kifayət qədər çevik və qətiyyətli fəaliyyət göstərdiyi heç birimizə sirr deyil".

E.Nəsirov qeyd edib ki, Azərbaycan növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb: "Buna nail olmaq üçün Azərbaycanın unikal idarəçilik sistemi olmalıdır".

Azərbaycanda prezident idarəçiliyinin, eyni zamanda Nazirlər Kabinetinin olduğunu xatırladan institut direktoru bildirib ki, NK bir çox hallarda çox sürətlə dəyişən reallıqlara, çevik qərar verilməsi tələb olunan proseslərə adekvat reaksiya verə bilmir. Onun fikrincə, bu, heç də NK-nın pis işləməsinin nəticəsi deyil: “Sadəcə olaraq, qurumun işlək mexanizmi belədir. Burada kollegiallıq prinsipi var ki, bu da zaman baxımından çevikliyi məhdudlaşdıran amildir”. (trend)

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 711

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...