MƏDƏNİ
A- A A+

Daşkənddə Qarabağ geyimləri nümayiş etdirilib

2016-08-23 09:40:13

Daşkənddəki "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı Kibray şəhərində qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş dəb sərgisi keçirib

Tədbirdə Özbəkistanın tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Təşkilatın rəhbəri Ədalət Nəsirova özbək milli paltarları haqqında məlumat verib. O, tədbirin əsas məqsədinin xalqların yüz illərlə yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği olduğunu qeyd edib.

Sərgi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Buxara, Fərqanə, Margilan, Sırxandərya, Cızzax və Daşkənd vilayətlərinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb.

Ölkəmizi tədbirdə Azərbaycan Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.

Geyim kolleksiyasına aid olan Qarabağ geyimləri sərgidə böyük maraqla qarşılanıb. "Sarı gəlin" xalq mahnısının sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim edib. Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil olub.

İştirakçılara Azərbaycan xalqının Qarabağ bölgəsində yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq edilib.

Sərgidə ənənəvi özbək incəsənəti və əl işləri də nümayiş etdirilib, iştirakçılar milli yeməklərə qonaq edilib.

Tədbirin bədii hissəsində Özbəkistanın xalq artistləri Axmadcan Şükürov, Maxmutcan Azimov və "Sabo" Milli Rəqs Teatrının aktyorları çıxış ediblər.

Sonda AMM-nin təqdim etdiyi Qarabağ geyimləri Təşkilat Komitəsinin mükafatına layiq görülüb. (AZƏRTAC)

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 852

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...