İQTİSADİ
A- A A+

Azərbaycan İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresində təmsil olunacaq

2016-08-23 09:10:20

Azərbaycan oktyabrın 9-13-də İstanbulda keçiriləcək Dünya Enerji Şurasının XXIII Dünya Enerji Konqresində təmsil olunacaq

AZƏRTAC Dünya Enerji Şurasına istinadla xəbər verir ki, konqresdə qlobal enerji sektorunun liderləri bir araya gələcək. Dörd gün davam edəcək tədbirdə 130 ölkədən 250 natiq qatılacaq. Natiqlər arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Səudiyyə Ərəbistanının enerji, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih, İranın enerji naziri Həmid Çitçiyan, “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller, BP-nin baş icraçı direktoru Robert Dadli, “E.ON” rəhbəri Johannes Teyssen, “Sabancı Holdinq”in direktoru Gülər Sabancı və Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol var.
Qeyd edək ki, XXIII Dünya Enerji Konqresinin İstanbulda təşkil edilməsi ilə bağlı qərar 2012-ci il noyabrın 5-8-də Şuranın Baş Assambleyasının yığıncağında qəbul edilib. Keçirilən səsvermə nəticəsində Baş Məclis “Dünya Enerji Konqresi-2016”nın İstanbulda keçirilməsinə qərar verib.
Konqres Türkiyənin təqdimatı ilə yanaşı, İstanbulun iqtisadiyyatına mühüm dəstək olacaq. Təxminən 5-6 min nümayəndənin iştirakı nəzərdə tutulan budəfəki konqresdə enerji sərgisi də təşkil ediləcək. Dünyanın tanınmış enerji mütəxəssisləri, səlahiyyətliləri və enerji şirkətlərinin nümayəndələrinin qatılacağı bu konqresdə qarşılıqlı işgüzar görüşlərin keçirilməsi üçün əlverişli platforma olacaq. Həmçinin enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək.
Tədbir çərçivəsində dünyanın enerji liderlərinin gələcək barədə fikirləri dinləniləcək, sessiyalar keçiriləcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

 

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 620

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...