SİYASƏT
A- A A+

Türk Şurası ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı məmnunluq doğurur

2016-08-23 08:25:12

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ramil Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Zirvə görüşünün keçiriləcəyini qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirib.
Baş katib Türkiyədə dövlət çevrilişi cəhdinə qarşı Türk Şurasına üzv dövlətlərin nümayiş etdirdiyi qəti mövqe və türk xalqlarının həmrəyliyinin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə edilib. Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 71-ci sessiyası çərçivəsində Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısına qatılacağını bildirib.
Ramil Həsənov Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar sentyabrın 27-də Gəncə şəhərində Türk Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər festivalının təşkil olunacağı, Azərbaycanın ev sahibliyi ilə yeni əməkdaşlıq sahəsi kimi informasiya və kommunikasiya texnologiyaları üzrə noyabrda nazirlər toplantısının keçiriləcəyi barədə məlumat verib.
Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini qeyd edərək, təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğulayıb.
Görüşdə Türk Şurasının BMT yanında müşahidəçi statusu alması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 509

QHT və MEDİA

2018-02-20 08:00:59

QHT və MEDİA
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...

Müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dö...

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

CƏMİYYƏT

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

İQTİSADİ

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...