SOSİAL
A- A A+

Brüsseldə Avropa Oyunlarının təqdimatı olub

2015-04-23 12:55:39

Tədbirə Avropa Komissiyasının Məşğulluq və Sosial münasibətlər üzrə Baş Direktoru Maykl Servozun açılış nitqi ilə start verilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi Seymur Hüseynov Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin Belçikanın Brüssel şəhərində keçirilən növbəti Məclisində iştirak edib.

Məclis Avropa Gənclər Forumun üzvü olan ölkələrin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatların səlahiyyəti nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirə Avropa Komissiyasının Məşğulluq və Sosial münasibətlər üzrə Baş Direktoru Maykl Servozun açılış nitqi ilə start verilib.

Daha sonra məşğulluq üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların rəsmilərinin və ekspertlərin çıxışları dinlənilib. Açılış mərasiminin sonunda Belçikanın Baş nazirinin müavini, Məşğulluq, İqsadiyyat və İstehlakçı işlər üzrə nazir Kris Peters çıxış edərək iştirakçıları Belçikada gənclərin məşğulluğu ilə bağlı görülən işlər haqqında məlumatlandırıb. Məclisdə həmçinin müxtəlif panellər üzrə Avropa Gənclər Forumunun məsləhətləşmələri keçirilib.

Görüş çərçivəsində siyasi komissiya əsas məsələləri və qətnamələri müzakirə edib. Açıq müzakirələr çərçivəsində səsvermələr əsasında gənclər üçün iş yerlərinin yaradılması, iş təcrübəsinin qazanılması, sahibkarlıq bacarıqlarının formalaşdırılmasına dair məsələlər və təklif olunan qətnamələr qəbul olunub. Qeyd olunan sənədlər ətrafında Avropa Şurası və Avropa Komissiyası tərəfindən məsləhətləşmələr aparılacağı bildirilib.

Tədbir çərçivəsində keçirilən plenar iclaslar zamanı çıxış üçün ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynova çıxış üçün söz verilib.

Seymur Hüseynov tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib və iştirakçılara Avropa Oyunları haqqında oyunlar haqqında ətraflı məlumatları özündə birləşdirən dizayn materialları və məlumat toplusu təqdim olunub. Çıxışı zamanı gənclərin məşğulluğunun təmin olunması sahəsində Azərbaycanda görülən işlərdən danışan Seymur Hüseynov tərəfindən bu istiqamətdə “Bakı 2015” 1-ci Avropa Oyunları çərçivəsində mühüm nəticələr əldə olunduğu vurğulanıb. Seymur Hüseynov çıxışı zamanı qeyd edib ki, "Avropa Oyunları gənclərin könüllü fəaliyyətinin, gənclərlə işin və gənclərin mobilliyinin təbliği üçün unikal vasitədir. Belə ki, birinci Avropa Oyunları çərçivəsində min nəfəri xarici ölkələrdən olmaqla 18 min gənc könüllü fəaliyyətə cəlb olunub. Mindən artıq gəncin məşğulluğu təmin olunub”.

Çıxışının sonunda ARGTMŞ-ın Baş Katibi iştirakçıları Avropa Oyunlarına dəstək olmağa və qatılmağa dəvət edib.

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropanın ən böyük platformasıdır. Təşkilat Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür.


Kateqoriya : SOSİAL Baxış sayı : 1087

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...