İQTİSADİ
A- A A+

Islahatlar bizə nə vəd edir?

2016-08-11 09:30:33

Prezidentin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamın əsas hədəfləri nələrdən ibarətdir?

Bu sərəncamla nəzərdə tutulan tədbirlərin reallaşdırılması vergi sistemində hansı yeniliklərə səbəb olacaq? Ən əsası, vergi sistemində aparılacaq bu islahatlar ölkə iqtisadiyyatına və onun əsasını təşkil edən sahibkarlığın inkişafına nə kimi töhvələr verə biləcək? Sərəncamla 21 istiqamətdə aparılacaq islahatlar üç ay müddətində başa çatdırmalıdır. Bu islahatların 11-i beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.

 Vergilər Nazirliyinin rəhbərliyi ölkə başçısının imzaladığı bu sərəncamla nəzərdə tutulan tədbirlərin icrasına maraqlı bir yanaşım edib. Aparılacaq islahatların səmərəliliyini maksimum təmin etmək, qəbul ediləcək qərarların düzgünlüyünə tam əmin olmaq məqsədilə Nazirliyin  rəhbərliyinin təşəbbüsü ilə dünən – avqust ayının 9-da vətəndaş cəmiyyətini təmsil edən bir qrup iqtisadçı Vergilər Nazirliyinə dəvət olunaraq, aparılacaq islahatlarla bağlı dəyirmi masa  arxasında ətraflı müzakirələr təşkil edildi. Bu addım Vergilər Nazirliyinin sərgilədiyi çox yaxşı  bir nümunədir. Ölkə başçısının vergi xidmətlərinin sayının və keyfiyyətinin artırılmasını, sahibkar və vergi məmuru arasındakı münasibətlərin mümkün qədər elektron formatının tətbiqini, iş adamlarının tək vergilərlə bağlı deyil, başqa hesabatlarla bağlı vaxtına maksimum qənaət edilməsini nəzərdə tutan bu islahatlar, ölkədə real sektorun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Hökumət post-neft dövründə qeyri-neft sektorunun sürətli inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Keçən ilin sonlarından başlayan və getdikcə dərinləşən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasını hədəfləyib. Bu gün aparılan vergi islahatları da məhz haqqında bəhs etdiyimiz hədəflərə çatılmaq yolunda atılan addımların davamıdır. 

Bütün dünyanı bürümüş, bizim də ölkəmizdən yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində Vergilər Nazirliyinin cari ilin ötən dövrü ərzində büdcə gəlirləri üzrə proqnozlara artıqlamasilə əməl edə bilməsi, Nazirliyin rəhbərliyinin böyük təşkilatçılığı və onun əməkdaşlarının yüksək peşəkarlığının nəticəsində mümkün ola bildi. Ölkə iqtisadiyyatında azalmaların baş verdiyi bir konteksdə bütün rezervləri bir araya gətirmək və büdcənin gəlir proqnozlarını artıqlamasıilə yerinə yetirmək yalnız fədakar əməyin nəticəsində mümkün ola bilərdi. Ola bilsin ki, kənardan kimlərsə bu iş asan görünsün. Ancaq peşəkar olanlar bunun nə olduğunu çox yaxşı bilirlər. Əgər ölkə iqtisadiyyatında ümumi iqtisadi azalmalar fonunda Vergilər Nazirliyi büdcə gəlirlərini tam yığa bilməsəydi, yəqin ki, onu buna görə heç kim qınamazdı. Lakin bu qurumun rəhbərliyi yaranmış çətinliklərə baxmayaraq, vəziyyəti düzgün dəyərləndirərək, bütün imkanları bir araya gətirib, bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Bu isə o deməkdir ki, böhranlı bir duruma baxmayaraq, biz ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin və başqa müdafiə olunan xərclərin, ordumuzun bütün ehtiyaclarının vaxtında və tam həcmdə ödənilməsini təmin edilə bildik.  

 Ölkədə aparılan sürətli iqtisadi islahatlar, vergi sistemində Prezidentin bu ilin avqust ayının 4-də imzaladığı sərəncamla nəzərdə tutulan yeniliklər, yaxın dövrdə həm iqtisadi yüksəlişin və həm də vergi daxilolmalarının kifayət qədər artacağına yaxşı bir əminlik yaradır.
Fikrət Yusifov

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 776

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...