İQTİSADİ
A- A A+

BMT-nin Əhali Fondu Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biridir

2016-08-08 11:00:41

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun (UNFPA) yeni rezident nümayəndəsi statusunda təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Qulam İshaqzaini BMT-nin Əhali Fondunun Azərbaycanda rezident nümayəndəsi təyin olunması münasibətilə təbrik edib, ona bu statusda gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qulam İshaqzai təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Əhali Fondunun ölkəmizə göstərdiyi dəstək və yardımı təqdir edərək Fondun Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biri olduğunu bildirib.

Həmçinin BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin keçən il Azərbaycana səfərinin təşkilatla əlaqələrin inkişafına təkan verdiyi və səfər zamanı ADA Universiteti ilə BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq çərçivəsinə təhsil, informasiya və kommunikasiya texnologiyaları kimi yeni ölçülər əlavə etdiyi qeyd olunub.

Qulam İshaqzai BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizin inkişaf sahəsində əldə etdiyi təsirli nəticələri, o cümlədən sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsini vurğulayıb.

Elmar Məmmədyarov məcburi köçkünlər məsələsinə və bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə toxunaraq BMT-nin Əhali Fondunun fəaliyyətində onların problemlərinə xüsusi diqqətin ayrılmasının vacibliyini ifadə edib.

 

Görüşdə BMT-nin Rezident Əlaqələndirici Ofisinin fəaliyyətinə aid olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 442

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...