CƏMİYYƏT
A- A A+

Politoloq: " Azərbaycanda keçiriləcək islahatlar heç bir azadlıqlara qarşı deyil"

2016-08-05 09:05:37

“Hazırda Azərbaycan üçün ən vacib hadisə referendumla bağlıdır”

Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Konstitusiya islahatları yerində olan addımdır: "İslahatları ümumi halda götürəndə anlaşılır ki, bu niyə vacibdir. Hakimiyyət vertikalının möhkəmlənməsi vacibdir". 

M. Əhmədoğlu hesab edir ki, burada siyasi elita məsələsi də nəzərə alınmalıdır: " Liviya güclü dövlət idi. Amma Qəddafinin hakimiyyətdən getməsi ilə ölkə dağıldı. İraq Səddam Hüseynin gedişi ilə dağıldı. İndi dövlət 3 yerə bölünmək təhlükəsi ilə üz-üzədir". 

Politoloq deyib ki, Qazaxıstanla müqayisədə Azərbaycanda dini radikalizm ilə bağlı vəziyyət daha risklidir: "Qazaxıstanda tək sələfilərdir. Bizdə tək sələfilər yox, İran da var". 

Politoloq qeyd edib ki, Azərbaycanda keçiriləcək islahatlar heç bir azadlıqlara qarşı deyil, burada əslində destruktiv azadlıqların məhdudlaşdırılmasından söhbət gedir. 

M. Əhmədoğlu vurğulayıb ki, Azərbaycanda islahatların keçirilməsini vacib edən məqamlardan biri Türkiyədəki çevriliş cəhdləridir. O qeyd edib ki, Qərbin özündə güclü lider yoxdur. Qərbdə reputasiyası olan tək lider Merkeldir:" Ərdoğan isə güclü liderdir. Güclü müstəqil Türkiyə qurub. Ərdoğan Türkiyəni iqtisadi cəhətdən gücləndirərək onun Avropadan asılılığına son qoydu". Politoloq bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Bundan sonra Ərdoğan çevrilişə cəhd edənləri həbs edib. indi də Avropa başlayıb ki ,insan haqlarını pozursan.

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 889

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...