MÜSAHİBƏ
A- A A+

Vüsal Quliyev: “Tələbə Gənclər Təşkilatları gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər”

2016-08-01 09:25:00

“Gəncə şəhərində Tələbə Gənclər Təşkilatlarının ilk Regional Forumu keçirilib

Forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində Tələbə Gənclər Təşkilatlarının fəal iştirak etdiyini qeyd edib. O, dövlətin gənclərə göstərdiyi qayğıdan danışaraq bildirib ki, Azərbaycanda yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənc nəsil formalaşır. Dövlətimiz gənclərin geniş elmi-yaradıcı təfəkkürə malik olmaları üçün onların ən yüksək standartlara uyğun təhsil almasını əsas vəzifələrindən biri kimi müəyyən edib. 

V.Quliyev qeyd edib ki, Tələbə Gənclər Təşkilatları ali təhsil müəssisələrində gənclər siyasətini həyata keçirməklə yanaşı, tələbələrin sosial problemlərinin həll olunmasında, hüquqlarının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, müxtəlif sahələr üzrə innovativ layihələrinin reallaşdırılmasında, tələbələrin beynəlxalq layihələrdə təmsilçiliyində yaxından iştirak edirlər. Onlar nəinki paytaxt Bakı şəhərində, eyni zamanda regionlardakı ali təhsil ocaqlarında da fəallıq nümayiş etdirirlər. 

Bu gün Azərbaycan tələbələri Avropa Tələbələr Birliyində çox fəal təmsil olunurlar. Həm Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, həm də Azərbaycan Tələbələr Birliyi sözügedən qurumun tamhüquqlu üzvüdürlər. Hər iki təşkilat sözügedən beynəlxalq qurumun işində fəal iştirak edirlər. 

V.Quliyev təhsil müəssisələri və tələbələrin üzərinə düşən vəzifələrdən də söz açıb. Qeyd edib ki, hər bir ali təhsil müəssisəsi milli mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı gənclərin formalaşmasında əlindən gələni əsirgəməməli, ölkəmizin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirməlidirlər. Təbii ki, tələbələr də onlara yaradılan imkanlardan səmərəli istifadə etməli, mükəmməl təhsil almalıdırlar. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktuallaşdırır. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurla addımlayan ölkəmizdə gənclərimiz milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşatmalı, ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməlidirlər. Bunun üçün kifayət qədər imkan vardır. 

O, Regional Forumun əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha effektiv qurulması, əməkdaşlıq imkanlarının yaranması, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılması baxımından vacib olduğunu bildirib. (Azadinform)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 263

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...