CƏMİYYƏT
A- A A+

Türkiyə səfiri: “Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”

2016-07-26 13:25:19

Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir

Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik. Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun “Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin “Ermənistanla yeni müzakirə” başlıqlı məqaləsində yer alan fikirləri APA-ya şərh edərkən deyib. Səfir bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda Elmar Məmmədyarovla ikitərəfli, beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də müzakirə edib: “Mövlud Çavuşoğlu bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz dedi ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur. Ermənistanla münasibətlərə gəlincə, nazirin bununla bağlı qəti fikir bildirdiyini düşünmürəm. Azərbaycan tərəfi hər zaman bəyan edir ki,  Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də sadəcə Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.

 İsmayıl Alper Coşkun 15 iyul - hərbi çevrilişə cəhddən sonra hazırlanan və  Türkiyənin bütün telekanallarında yayımlanan reklam çarxında səslənən “ne mutlu ermeniyim diyene” ifadəsi ilə bağlı məqama da aydınlıq gətirib: “Siz haqlı olaraq, ermənilərlə bağlı hissəyə diqqət yetirirsiniz. Azərbaycan xalqı bunu bilsin ki, Ermənistanın işğalçılıq siyasəti sizi nə qədər üzür, qəzəbinizə səbəb olursa, o qədər də Türkiyəyə təsir edir. Bu, siyasi bir seçim, məcburiyyət deyil. İçimizdən gələn bir hissdir. Türkiyə ictimaiyyəti və dövlət rəhbərliyi eyni hissi keçirir. Ancaq unutmamaq lazımdır ki, hazırda Türkiyə sıxıntılı günlər yaşayır. Siz məsələyə təbii olaraq, Azərbaycanın nöqteyi-nəzərindən baxırsınız. Amma orda “sünni, şiə, kürd, erməni də olsan” deyilir. Yəni, Türkiyə Cümhuriyyətinin hərbi çevriliş cəhdi qarşısında 80 milyon insanın qurtuluş savaşında olduğu kimi bir araya gəldiyini diqqətə çatdırırlar. Kampaniyanı müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Rəsmi kampaniya da deyil. Nazirimizin sözlərinə istinadən Fatih Çekirgenin yazdığı məqalə və bu kampaniyanın ikisini birlikdə dəyərləndirmənizi anlayışla qarşılayıram. Amma bunların bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Nazirimizin bölgənin inkişafı ilə dedikləri xoşməramlı gözləntidir". 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 978

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...