SOSİAL
A- A A+

Almaniya Bundestaqının üzvü: Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır

2016-07-26 12:00:15

Almaniya Bundestaqının üzvü, parlamentdə Xristian-Sosialistlər İttifaqının (XSİ) regional fraksiyasının baş katibi Maks Straubinger Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavab olaraq açıqlama verib

Açıqlamada deyilir: “Almaniya parlamentində XSİ regional fraksiyası üçün tam aydındır ki, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət şübhə altına alınmamalı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir. Şübhəsiz ki, Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olan işğalına son qoyulmalı və məcburi köçkünlərə öz evlərinə geri qayıtmağa şərait yaradılmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun stabilləşdirilməsinə töhfə verəcək”.

Almaniya Bundestaqının üzvü bildirib ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticəsində sülh sazişi (“Madrid prinsipləri”) üçün ərazi bütövlüyü, münaqişənin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını həll etmək prinsiplərinə əsaslanan səmərəli yolu tapıldı. Təəssüf ki, kifayət qədər vaxt sərf olunmasına baxmayaraq, danışıqlarda tərəqqi baş vermədi. Hətta 2016-cı ilin aprel ayında münaqişə yenidən alovlandı və bu, hər iki tərəfdən mülki insan itkisinə səbəb oldu. “Biz bu gərginləşmə ilə bağlı təəssüfümüzü bildirir, xüsusilə də mülki əhalinin həlak olması faktını pisləyirik”, - deyə açıqlamada qeyd edilir.

XSİ regional fraksiyası hesab edir ki, Almaniya hazırda ATƏT-in sədri qismində münaqişənin yenidən alovlanmasının qarşısını almaq və sülhə gətirəcək yolun tapılması üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. Ona görə də biz möhkəm atəşkəs, etimad quruculuğu tədbirləri və danışıqların yenidən başlanmasını istəyirik. Almaniya hökuməti, həmçinin bu hədəflərin həyata keçməsi üçün kampaniya aparır: xarici işlər naziri Frank-Valter Ştaynmayer bu yaxınlarda siyasi danışıqlar aparmaq üçün Cənubi Qafqaza səfər etmişdi. İyulun 1-də Tbilisidə keçirilən ATƏT Parlament Assambleyasının konfransında o, düzgün olaraq vurğuladı ki, ATƏT ərazisində dalana dirənmiş münaqişələrin sürətli və sürpriz həllini gözləmək olmaz. Lakin Almaniya tədricən tərəflər arasında minimum qarşılıqlı inamın yaranmasına və orada yaşayan əhalinin gündəlik həyatının asanlaşdırılmasına çalışır.

Xarici işlər naziri əmin etdi ki, Almaniya intensiv şəkildə çalışacaq ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin missiyasının komandası artsın və hərbi insidentlərin tədqiqat mexanizmi yaradılsın, daha gücləndirilmiş monitorinq vasitəsilə atəşkəs rejiminin sabitləşməsinə nail olunsun. Bundan sonra ciddi danışıqların aparılması üçün ilk addım atmaq mümkün olacaq. Bundan əlavə, Almaniya çalışır ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesini yenidən canlandırsın və intensivləşdirsin. Məqsəd status-kvonu möhkəmləndirmək deyil, münaqişənin həlli prosesində tərəqqiyə nail olmaqdır. Bu ikitərəfli yanaşma XSİ regional fraksiyası tərəfindən dəstəklənir. Lakin qarşı tərəflərin rolu çox mühümdür: onlar münaqişədə istənilən gərginləşmədən imtina etməli və danışıqlar prosesini çətinləşdirən şərtlər qoymaqdan çəkinməlidirlər. Əks təqdirdə, real dialoqa nail olmaq mümkün olmayacaq.(AZƏRTAC)


Kateqoriya : SOSİAL Baxış sayı : 683

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...