SOSİAL
A- A A+

“The Daily Caller”: Azərbaycan vacib beynəlxalq geosiyasi əhəmiyyətə malikdir

2016-07-23 09:35:29

ABŞ-ın “The Daily Caller” nəşrində Azərbaycanın ABŞ və NATO üçün strateji önəmindən bəhs edən məqalə dərc olunub

ABŞ-ın “The Daily Caller” nəşrində Azərbaycanın ABŞ və NATO üçün strateji önəmindən bəhs edən məqalə dərc olunub.
  Məqalədə Azərbaycanın vacib beynəlxalq geosiyasi əhəmiyyətə malik ölkə olduğu vurğulanır.
Yazıda Prezident İlham Əliyevin NATO-nun Varşavada keçirilən Sammitində iştirakının Azərbaycanın önəmli ölkə olduğunu bir daha sübut etdiyi bildirilir. Azərbaycanın Əfqanıstanda aparılan əməliyyatlarda NATO-ya və ABŞ-a göstərdiyi kömək oxucuların diqqətinə çatdırılır. Rəsmi Bakının Əfqanıstandakı əməliyyatların ilk günündən Azərbaycan üzərindən daşımaların həyata keçirilməsinə icazə verdiyi vurğulanır. Qeyd edilir ki, NATO və Birləşmiş Ştatlar da Azərbaycanın strateji və olduqca əlverişli coğrafi mövqeyə malik olduğunu bilir. Varşava Sammitində Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin eksperti Naciyə Selin Senocak bildirib ki, Azərbaycan NATO üçün önəmini Əfqanıstanda və Kosovoda sübut edib.
Müəllif Azərbaycanın ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırır. Qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu problem hələ də həll olunmayıb.

Amerikalı oxuculara Xocalı soyqırımı barədə də məlumat verilir, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində 600-dən çox qadın, kişi və uşağın qətlə yetirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Ermənistanın işğalçılıq siyasətinin mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi durur. ABŞ bilir ki, 1994-cü ildə atəşkəs əldə olunana qədər 20 min azərbaycanlı Ermənistanla münaqişə nəticəsində qətlə yetirilib və bir milyon azərbaycanlı zorla öz evlərindən qovulub. Aprel ayındakı hərbi əməliyyatlar bütünlüklə Azərbaycan ərazisində baş verib. “Azadlıq” radiosunun müşahidəçiləri açıq şəkildə bildiriblər ki, aprel ayında baş vermiş hərbi əməliyyatları Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı əsgərlər təhrik ediblər. İşğala və Xocalıda etnik təmizləməyə məruz qaldıqlarına görə azərbaycanlıların münaqişənin həlli ilə bağlı danışıqlarda əsasları, mənəvi üstünlükləri var. Dağlıq Qarabağ separatçıları özlərini müstəqil elan etsələr də heç bir ölkə bunu qəbul etmir.

Müəllif vurğulayır ki, ABŞ, NATO və bütün Avropa ölkələri Azərbaycanı bu münaqişənin həllində dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 916

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...