SİYASƏT
A- A A+

“Jurnalistlərimiz beynəlxalq arenada öz sözlərini deməlidirlər”

2016-07-23 09:20:36

“Azərbaycanda bu il milli mətbuat yaranmasından 141 il keçir. Ötən 141 ildə Azərbaycan mediası mürəkkəb və şərəfli yol keçib”

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında elan etdiyi müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, müasir dövrdə Azərbaycan mediasının inkişafı üçün bütün şərait yaradılıb: “Heydər Əliyev medianın üzərində dövlət nəzarətini ləğv etdi. Heydər Əliyevin media qarşısındakı xidmətləri Həsən bəy Zərdabinin xidmətlərindən az deyil. O, azad jurnalistikanın ənənəsini yaratdı. Prezident İlham Əliyevin də media qarşısında xidmətləri böyükdür. İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. Bu, media ilə hökumətin qarşılıqlı münasubətindən xəbər verir. Bu yaxınlarda Prezident İlham Əliyev jurnalistlərin binasının tikintisinin surətləndirilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayırdı. Bu da jurnalistlərin fəaliyyətinə diqqət və qayğıdan xəbər verir”.
Ə.Həsənov qeyd edib ki, hökumətin də jurnalistlərdən umacaqları var: “Azərbaycan jurnalistləri öz səviyyələrini yüksəltməlidirlər. Beynəlxalq arenada öz sözlərini deməlidirlər, ölkəni tanıtmalıdırlar”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tolerant ölkədir: “Müxtəlif dinlərə dinlərə məxsus insanlar rahat şəkildə yaşayırlar. Dünya dövlətləri tolerantlıq ənənələrindən imtina edirlər. Biz nəinki o işdən imtina etmək, çalışırıq ki, daha da genişləndirək”.

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 537

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...