MƏDƏNİ
A- A A+

Fransa və Kanadada Azərbaycanla bağlı kitab nəşr edilib

2016-07-19 08:55:18

Fransa və Kanadanın məşhur “Connaissances et Savoirs” nəşriyyatında Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Azərbaycanın neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi” adlı kitabı çap olunub

Kitabda Azərbaycanın qədim dövrlərdən bu günə qədər neft və qaz resurslarının istismarı tarixi və ölkəmizin dünyada ən qədim neft istehsalçısı olduğu qeyd edilib.
Müəllif Azərbaycanın dünya neft sənayesinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Bildirib ki, XIX əsrin ikinci yarısından başlayaraq neft sektorunda həyata keçirilən islahatların nəticəsində Azərbaycanda neft sənayesi sürətlə inkişaf edib və ilk texniki yeniliklər məhz bu ölkədə tətbiq olunub. Azərbaycan yeni Eldoradoya çevrilib. Sovet dövründə neft sənayesinin dövlət inhisarına alınmasına baxmayaraq Azərbaycan neft istehsalında aparıcı rolunu qoruyub saxlayıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması və ölkədə sabitliyi bərpa etməsi Azərbaycanın yeni neft bumu yaşamasına imkan verib. Ulu Öndərin hazırlayıb uğurla həyata keçirdiyi milli neft strategiyası Azərbaycanın möhkəm özüllər üzərində inkişafını, siyasi və iqtisadi transformasiyasını təmin edib.
Kitabda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verən müəllif Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd edib. O, “Əsrin müqaviləsi”nin imzalanmasını Ulu Öndərin daxili və xarici siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirib.
Nəşrdə qeyd edilib ki, Azərbaycan eyni zamanda neft və qaz kəmərlərinin diversifikasiyasını uğurla həyata keçirib. Müəllif ümummilli lider Heydər Əliyevin bu məsələdə qətiyyət nümayiş etdirdiyini və nəticədə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin reallığa çevrildiyini diqqətə çatdırıb.
Kitabda milli neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, neft və qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın regional enerji həbinə çevrilməsi haqqında məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan bu gün regionun aparıcı dövləti kimi həyata keçirdiyi qlobal layihələrlə bölgədə sülhün və əməkdaşlığın inkişafına xüsusi töhfə verir.
Kitabda neft və qaz gəlirlərinin cəmləşdiyi Dövlət Neft Fondunun şəffaf və səmərəli fəaliyyətindən, onun Azərbaycan xalqının sosial rifahının yüksəlməsində rolundan, strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsindən söz aşılıb.
Kitabda Xəzər dənizinin hüquqi statusu məsələsinə də toxunulub və sahilyanı dövlətlər arasında imzalanan “Rəşt”, “Gülüstan”, “Türkmənçay”, “Moskva” və “Tehran” müqavilələri təhlil edilib. Bu müqavilələrin ticarət, naviqasiya və balıq ovu məsələlərinə aid olduğu və Xəzərin hüquqi statusunu tənzimləmədiyi bildirilib. Sahilyanı dövlətlərin mövqeyi və arqumentləri təhlil edilib və Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsip və normaları ilə əsaslandırılıb.
Azərbaycanla bağlı zəruri məlumatları geniş oxucu kütləsinə çatdıran bu kitab, eyni zamanda, tələbə, müəllim və tədqiqatçılar üçün əyani vəsaitdir. Nəşr ali məktəblərə dərslik kimi tövsiyə edilir.
Qeyd edək ki, F.Zeynalovun Avropa ölkələrində Azərbaycanın siyasi, iqtisadi inkişafı və tarixi ilə bağlı ingilis və fransız dillərində müxtəlif kitab və məqalələri nəşr edilib. (AZƏRTAC)

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 521

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...