SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda önəmli ictimai amilə çevirib

2016-07-18 19:50:42

Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir

Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik.
Bu fikirləri Prezident İlham Əliyev Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir.
Prezident Azərbaycanda idman infrastrukturunun yaradıldığını, son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzinin tikildiyini vurğulayıb. “Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir – Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb. (AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 819

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...