İQTİSADİ
A- A A+

“Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindəki payını maliyyələşdirmək iqtidarındadır”

2016-07-18 11:20:42

“Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi”

“APA-Economics” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Financial Times” nəşrinə müsahibəsində deyib.
 Nazir bildirib ki, bızi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: “Nəticədə kiçik problem böyüyür”.
Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur: “Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi.
Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir. Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var”.
 Maraqlıdır ki, Azərbaycanın 4 mlrd. dollarlıq kreditə ehtiyacı olmadığını deyən nazir bunun ardınca bildirib ki, hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi üçün həmin Dünya Bankı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə institutları ilə 5 mlrd. dollarlıq kreditin və ya zəmanətin cəlb olunması üçün danışıqlar aparılır. Düzdür, S. Şərifov əlavə edib ki, Azərbaycan layihədəki payını maliyyə institutlarının yardımı olmadan da maliyyələşdirə bilər. İrakli Alasaniya: Gürcüstanın gələcəyini azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1098

QHT və MEDİA

2020-08-14 06:50:18

QHT və MEDİA
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-08-13 08:05:34

QHT və MEDİA
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respulikasının P...

CƏMİYYƏT

2020-08-15 08:25:32

CƏMİYYƏT
Qədim tarixin 90 ili
Qədim tarixin 90 ili

1930-cu ilin səkkiz avqust tarixi Ağdam rayonu üçün əlamətdar bir gün hesab o...

2020-08-14 13:20:14

CƏMİYYƏT
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...