2016-07-18 09:25:39 | CƏMİYYƏT
İrakli Alasaniya: Gürcüstanın gələcəyini azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil

Gürcüstanın “Azad demokratlar” Partiyası iyulun 16-da 4-cü qurultayını keçirib

Qurultayda bu ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul olunub, seçkilərdə proporsional qaydada iştirak edəcək 20 nəfər namizədin adı açıqlanıb.
Siyahıda Gürcüstanda yaşayan azərbaycanlı Benyamin Qasımovun da adı var. B.Qasımov həm də partiyanın idarə heyətindəki yeddilikdə təmsil olunur. O, idarə heyətində təmsil olunan yeganə milli etnik azlıq nümayəndəsidir.
İrakli Alasaniya jurnalistlərə müsahibəsində deyib: “Biz qurultayda seçkiqabağı platformamızı bəyan etdik, ilk 20 nəfərin adını açıqladıq. “Azad demokratlar” Partiyası milli azlıqların parlamentdə təmsil olunmasına xüsusi önəm verir. Bizim majoritar siyahımızda da azərbaycanlılar olacaq.
Düşünürəm ki, milli azlıqlar, xüsusən də azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar. Gürcüstanın gələcəyini onlarsız təsəvvür etmək mümkün deyil. Bizim siyahımızda digər milli azlıqların da nümayəndələri var. Amma azərbaycanlılar daha çoxdur”.
“Azad demokratlar” Partiyasının idarə heyətinin üzvü, deputatlığa namizəd Benyamin Qasımov deyib: “Bizim partiya bu seçkilərdə ilk dəfə müstəqil olaraq iştirak edəcəkdir. Biz ölkəmizin gələcəyi, inkişafı üçün səylərimizi birləşdirməyi qarşıya məqsəd qoymuşuq. Düşünürəm ki, birgə fəaliyyətimiz nəticəsində Gürcüstanı daha da irəli aparacaq, dövlətimizi möhkəmləndirəcəyik. Azərbaycanlılar Gürcüstanın inkişafında, Avropaya inteqrasiyasında öz sözlərini deyiblər. Mən də bir azərbaycanlı kimi bu yolda çalışacağam”.
B.Qasımov bildirib ki, partiyanın ümumilikdə bu seçkilərdə 70-dən çox namizədi olacaq. Daha bir azərbaycanlının - İspan Kərimovun namizədliyi majoritar qaydada irəli sürülüb.Onun sözlərinə görə, seçkilərdə azərbaycanlı namizədlərin sayının artacağı istisna edilmir.

Baxış sayı : 1121
Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50