TƏDQİQATLAR
A- A A+

Yaqub Mahmudov: "Nadir şahı olduğu kimi təqdim etmək lazımdır"

2016-07-15 11:00:27

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elmi Şuranın iclasında Azərbaycan tarix elminin gələcək perspektivləri müzakirə olunub.
İnstitutda Azərbaycan tarixinin müxtəlif dövrlərini və beynəlxalq münasibətlər tarixini araşdıracaq yeni şöbə və bölmələrlə yanaşı, AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında yaradılan, ümumdünya tarixini araşdıracaq yeni bölmələr fəaliyyət göstərəcək.
Tarix İnstitutunda yeni şöbələr – “Azərbaycan xalqına qarşı soyqırımları tarixi”, “Azərbaycanın sovet dövrü tarixi”, “Azərbaycan Respublikasının tarixi”, “Mənbəşünaslıq və tarixşünaslıq”, “Azərbaycanın sənətkarlıq tarixi”, “Azərbaycan mədəniyyəti tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycan-Rusiya əlaqələri tarixi”, “İctimaiyyətlə əlaqələr” şöbələri və yeni elmi bölmələr – “Azərbaycan Atropatena tarixi”, “Azərbaycanın erkən orta əsrlər tarixi (III – XI əsrlər)”, “Azərbaycanın XII – XVIII əsrin 30-cu illəri tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycanın xarici siyasəti tarixi”, “Amerika ölkələrinin tarixi”, “Avropa ölkələrinin tarixi” bölmələri yaradılıb.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Azərbaycanın dövlətçilik tarixi, xüsusən müstəqillik dövrünün araşdırılması ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərinə həsr olunmuş əsərlər yazılacaq.
Y.Mahmudov qeyd edib ki, gələn il yeni üçcildlik “Azərbaycan tarixi” kitabının nəşrinə başlanacaq.
Elmi Şurada bildirilib ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanır. Tərcüməçi isə tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir.
İnstitut direktoru qeyd edib ki, Nadir şah Əfşarı Azərbaycan xalqına olduğu kimi təqdim etmək lazımdır: “Nadir şah yeni dövlət qurmayıb, o, sadəcə Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoyub. Azərbaycan tarixində dini barışığa cəhd edən görkəmli şəxsiyyətlərimiz olub: Uzun Həsən, Gödək Əhməd, II İsmayıl, Nadir şah Əfşar və b”.
İclasın sonunda Yaqub Mahmudov tərəfindən Tarix İnstitutunun yeni strukturu elan olunub və Elmi Şura üzvləri tərəfindən yekdilliklə təsdiq olunub.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 833

QHT və MEDİA

2020-02-17 08:25:26

QHT və MEDİA
Mülazim Pahsa: Ermənistanın baş nazirini...
Mülazim Pahsa: Ermənistanın baş nazirini...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölk...

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...