MÜSAHİBƏ
A- A A+

“Qalaları Azərbaycan türkünün tarixi möhürü də adlandırmaq olar”

2016-07-13 08:40:18

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının keçirilməsini çox yüksək qiymətləndirirəm

 Muxtar respublikanın ərazisindəki qalalar Naxçıvanın qədim türk yurdu olduğunu birmənalı şəkildə sübuta yetirir. Bu qalaları Azərbaycan türkünün tarixi möhürü də adlandırmaq olar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının iştirakçısı, Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli deyib. O qeyd edib ki, Naxçıvandakı qalalar yüz illərə şahidlik edib. Onlar zirvələrdə səssiz dayanan tariximizdir. Ona görə də qalaların qorunması milli varlığımızın qorunması qədər əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasındakı tarixi abidələrin, o cümlədən Naxçıvanqalanın, Əlincəqala kimi tarixə meydan oxuyan qəhrəmanlıq, yenilməzlik simvolu olan möhtəşəm qalanın bərpa edilməsi o qədər əhəmiyyətlidir ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çünki bu qalalar tariximizin əsaslı bir parçası olmaqla yanaşı, insanların vətənpərvər ruhda böyüməsində, şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır. Bunları daim gündəmdə saxlamaq, qorumaq, bərpa etmək bizim tarix qarşımızdakı borcumuzdur.
Naxçıvanın dünya əhəmiyyətli abidələrlə zəngin bir diyar olduğunu vurğulayan Türkiyənin İstanbul Universitetinin müəllimi bildirib ki, son illər muxtar respublikada qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir. Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri bir daha təsdiq edir ki, hər iki ərazidə mövcud olan qalalar eyni tikinti xüsusiyyətlərinə malikdir. Lakin Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan ən möhtəşəm qalalar Naxçıvan ərazisindədir.
Oktay Belli deyib: “Mən 1997-ci ildən bəri dəfələrlə Naxçıvanda olmuşam. Həmin illərdə Naxçıvan çətin günlərini yaşayırdı. Ancaq insanlar rəhbərləri ətrafında sıx birləşdilər, düşmənə qarşı birgə mübarizə apardılar, çalışdılar, necə deyərlər, zülmət qaranlıqlardan inkişafa doğru yol açdılar. Naxçıvan naminə, Azərbaycan naminə durmadan fəaliyyət göstərdilər və buna nail oldular. Bu gün Naxçıvan sürətlə inkişaf edir. Qədim diyar regionun parlayan ulduzuna çevrilib. Buna görə də mən qədim türk yurdu olan Naxçıvanla fəxr edirəm!”.

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 441

QHT və MEDİA

2018-02-23 10:00:44

QHT və MEDİA
Xarici mediada Xocalı soyqırımına dair ...
Xarici mediada Xocalı soyqırımına dair ...

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üz...

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

CƏMİYYƏT

2018-02-23 13:25:31

CƏMİYYƏT
Sumqayıt hadisələri-məkrli planlar
Sumqayıt hadisələri-məkrli planlar

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirəl...

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...