İQTİSADİ
A- A A+

Büdcəmiz qeyri-neft sektoru hesabına təmin edilməlidir

2016-07-13 08:35:50

İqtisadi təhlil

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda çıxış edən ölkə Prezidenti dünyada gedən iqtisadi, siyasi prosseslərin Azərbaycana təsiri ilə bağlı məqamların, aparılan iqtisadi islahatların və əldə olunan nəticələrin dərin təhlilini verdi və bu ilin sonuna qarşıda duran əsas vəzifələri müəyyən etdi.

Başlanğıcı 2007-2008-ci illərin məşhur ipoteka böhranı ilə qoyulan, öncə ABŞ-ın və Avropanın, sonradan isə digər ölkələrin də bank sistemini iflic vəziyyətinə sala bilmiş maliyyə böhranı öz ardınca iqtisadi böhranı da qaçılmaz etdi. Keçən ilin əvvəllərinə qədər Azərbaycanın maliyyə sistemi dünyanın ən qabaqcıl ölkələrinin üzləşdiyi maliyyə böhranın təsirlərindən kənarda qala bildi. Lakin neftin dünya bazarlarında kəskin ucuzlaşması ilə müşaiyət olunan iqtisadi böhran, illərlə iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərə - Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payının 70%-ə qədər qaldırılmasına baxmayaraq, bizdən yan ötə bilmədi. Azərbaycan postneft dövrünə hazırlığın 2020-ci illərdə başa çatmasını nəzərdə tutsada, ondan asılı olmayan səbəblərdən bu dövr bir neçə il öncə başladı. Böhrana qədəraparılan islahatların əsas məqsədi,ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsini təmin etmək idi.  Son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 60%-dən çox arta bilmişdi. Lakin dünya iqtisadi məkanını bürüyən və Azərbaycan iqtisadiyyatının da yan keçə bilmədiyi bu iqtisadi böhran ölkə iqtisadiyyatının neftdən asılılığını minimum həddə qədər endirməyi nəzərdə tutan proqnozların tam reallaşdırılmasına imkan vermədi. 

Böhran Azərbaycan hökumətini, onun dövlət rəhbərliyini qətiyyən ruhdan salmadı. Hökumət iqtisadiyyatın qapısını vaxtından əvvəl kəsə bilmiş böhrana kəskin anti-böhran tədbirləri ilə cavab vermək yolunu tutdu. Keçən ilin ikinci yarısından başlanan və əslində iqtisadiyyatın postneft dövrünün yeni iqtisadi modelinə çevrilmiş bu islahatlar, ilk öncə ölkədə azad sahibkarlığın qarşısında dayanan bütün maneələrin kəsilib atılmasına istiqamətləndi. Ölkə başçısının “heç kimin toxunulmazlıq statusu ola bilməz” çağrışı ilə başlanan antikorrupsiya tədbirləri, onun bu məsələdə kiməsə güzəşt etməyəcəyini  birdaha hər kəsə açıq göstərdi. Bunun ardınca gömrük və vergi sistemlərində aparılan sadələşmələr, inhisarçılığın aradan qaldırılması, yoxlamaların dayandırılması, sahibkarlıq fəaliyyətinə lisenziya və xüsusi icazələrin verilməsindəki yeniliklər, tikinti sahəsində bütün maneələrin aradan qaldırılmasını hədəfləyən qərarlar, investitsiya və ixracın təşviqinə dair sərəncamlar, sahibkarların şikayərlərinə operativ və obyektiv baxışı hədəfləyən üç səviyyədən ibarət appeliasiya şuralarının yaradılması, qanunvericilikdə iş adamlarına iqtisadi amnistiya nəzərdə tutan və onların vergidən yayınması üçün cinayət məsuliyyəti müəyyən edən məbləğin on dəfə azaldılması kimi tədbirlər ölkədə real sektorun sürətli inkişafını hədəfləyən əsas addımlar idi. Ən mühüm addım isə yaxın, orta və uzaq perspektivlər üçün ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan yol xəritəsinin hazırlanmasına dair qərar oldu. Bu qərarın böyük özəlliyi ondan ibarətdir ki, hər üç dövrü əhatə edəcək və ayrı-ayrı sahələrin inkişafını hədəfləyəcək bu proqramlar işlənməzdən öncə yerli və xarici mütəxəssislərin iştirakı ilə hər bir sahənin dərin dioqnostikası keçiriləcək və onu inkişafına maneə olan bütün məqamlar aşkarlanaraq aradan qaldırılacaqdır.

Cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatının davamlı və ardıcıl şəkildə inkişaf etdiyini konkret faktlarla hər kəsə göstərdi. Bəli, ümumi iqtisadiyyatda müəyyən geriləmələr var, ancaq bu ilk növbədə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsi və onun hasilatının azalması ilə bağlı olan bir məsələdir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə bu o deməkdir ki, Azərbaycan hökuməti postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam  adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun – Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər. 

İndi Azərbaycan hökuməti bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Ölkə  Perezidentinin iki gün öncə keçirilən müşavirədə dediyi kimi,islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizingəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin qalxıb düşməsinin heç bir əhəmiyyəti olmayacaqdır.

 “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor


Kateqoriya : İQTİSADİ Baxış sayı : 844

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 21:35:51

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və...

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

İQTİSADİ

2018-09-26 09:45:08

İQTİSADİ
“Azerspace-2” orbitə buraxılıb
“Azerspace-2” orbitə buraxılıb

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mə...

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...