QHT və MEDİA
A- A A+

“Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği”

2016-07-13 08:25:46

Layihə

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir. Ermənistan Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Türkiyənin İstanbul və Ankara və Gürcüstanın Tbilisi şəhərində tədbirlər keçirib. Tədbirlərdə hər üç ölkənin milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspertləri, tarixçilər və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər. Mövzu haqqında qonaqlara ətraflı məlumat verilib, Azərbaycanın işğal altında olan ərazilərində abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı faktlar diqqətə çatdırılıb.  Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqında video-çarx nümayiş olunub.

Sonda isə əməkdaşlıq edən təşkilatlar işğal altında olan abidələrlə bağlı UNESKO-ya ünvanlanmış bəyanat qəbul ediblər.

İyulun 14-də saat 12-00-da BMM-də layihənin yekuna həsr olunmuş mətbuat konfransı keçiriləcək. Konfransda Azərbayacn Respyblikası Milli Məclisinin üzvləri, və Turizm Nazirliyinin nümayəndələri,  bu sahə ilə məşğul olan alimlər və başqaları iştirak edəcəklər.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 423

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...