SOSİAL
A- A A+

Erməniləri ifşa edən məqalə

2015-04-21 09:30:44

Şirməmməd Hüseynov “Vozrojdenie” qəzetində dərc olunan məqalədən danışdı

Soyqırımı mövzusu ətrafında danışmaq istəyirəm. Amma yalnız ətrafında. Çünki, mənə məhz onun ətrafında baş verən, düşünürəm ki, bütün müsəlman dünyası üçün fantastik miqyasda cazibədar görünə bilən bir hadisə daha maraqlı gəlir. Məncə bu sensasiyanı elan etmək böyük alimimiz Şirməmməd Hüseynovun haqqıdır.

“Tiflisdə rus dilində nəşr olunan “Vozrojdenie” qəzetində “Ermənilərin yeni fəlakətli xətası” adlı məqalə çap edilib. “Açıq söz” qəzeti bu məqaləni rus dilindən Azərbaycan dilinə tərcümə edərək oxucuların diqqətinə çatdırıb. “Açıq söz”dən sonra “Hümmət” qəzeti bu məqaləni təkrarən verib. Bu çox maraqlı bir məsələdir. Bu məqalədə söhbət ondan gedir ki, Türkiyə ermənilərini yolundan çıxaran, avanturaya sövq edənlər Rusiya və Qafqaz erməniləridir.

“Ermənilərin yeni fəlakətli xətası” adlı məqalədən sitat: “Rusiya ermənilərinin ağılsız siyasəti nəticəsində Ermənistan əzildi, məhv oldu. Vorontsovun Rusiyaya ilə ermənilərsiz Ermənistan lazımdır siyasəti tamamilə əmələ gəldi. Türk qoşunları erməniləri vurub doğma yurdlarından qovdular. Fəqət kiçik Ermənistan təcavüzkaranə siyasət yürüdərək hərbi bir dövlət kimi müttəfiqlər sirasına girdi. Bizə məlumdur ki, Türkiyə erməniləri öz vətənləri olan Türkiyəyə əsla xəyanət etməyib, bitərəf qalmaq istəyirdilər”.

Məhz islamı qəbul edən 400 min erməni bax həmin - vətənlərinə xəyanət etmək istəməyənlərdir. 600 min ermənini Mesopatomiya, 200 minini Rusiya, 120 minini Avropaya, 130 mini isə Suriyaya köçürdülər. Erməniləri köçürürdülər. Amma kim ki, vuruşurdu onlar türkləri qırırdı, türklər də onları qırırdı” - deyə tarixçi - professor Şirməmməd Hüseynov xatırladıb.

Görünür ermənilər hər şeyi təzədən saymağa başlamalıdırlar. Nəsə itirənə ona görə deyirlər ki, əvvəl bir özünü yaxşı-yaxşı axtar... Onda görünəcək ki, ortada hansısa qeyri-adi soyqırımı yox, adicə say qırımı məsələsi var.


Kateqoriya : SOSİAL Baxış sayı : 1143

QHT və MEDİA

2018-04-24 09:35:28

QHT və MEDİA
İkili standartlar demokratiyaya, ölkələr...
İkili standartlar demokratiyaya, ölkələr...

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim et...

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

CƏMİYYƏT

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...