MƏDƏNİ
A- A A+

“İrs günləri festivalı”

2015-04-21 09:25:03

Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “İrs günləri festivalı”na start verilib.

Festival çərçivəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün bütün dünyada diqqət tarixi yerlərə, abidələrə yönəldilir. Fərəhləndirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra dünya mədəni xəritəsində özünə layiq yer tutmağa nail olub. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bir sıra tarixi yerlər və abidələr artıq bəşəriyyətin irsinə çevrilib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində tarixi abidələrin, yerlərin qorunması, onların əsasında Azərbaycanın real tarixinin yazılmasına xüsusi diqqət yetirilməkdədir. Prezidentin müvafiq Sərəncamlarına əsasən ölkəmizdə bir neçə yeni qoruqlar təsis olunub, yeni tarixi məkanlar aşkarlanıb.

Ə.Qarayev “Qala” qoruğunun yerləşdiyi Xəzər rayonunda son illər aparılan işlər barədə danışaraq bildirib ki, bu rayonu Milli Məclisdə təmsil edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən mədəni irsimizin bərpası və qorunması istiqamətində əvəzolunmaz işlər görülüb.

Bu gün “Qala” qoruğunda yeni bir təşəbbüsün həyata keçirildiyini söyləyən nazir bu ənənənin gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qədim Qala kəndi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Qala” qoruğunda böyük işlər aparılıb, abidələr bərpa olunub, arxeoloji-etnoqrafiq muzey kompleksi yaradılıb. 2011-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə qoruq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi strukturuna daxil edilib. İdarə tərəfindən qoruq ərazisində mövcud olan 260-dan artıq abidənin öyrənilməsi və bərpası üçün işlər görülür.

S.Nuriyev bu gün keçirilən tədbirin layihə çərçivəsində ilk addım olduğunu vurğulayaraq bildirib ki, gələcəkdə qoruqların idarə olunmasında səmərəliliyin artırılması, bununla bağlı fikir mübadiləsi aparılması istiqamətində işlərimizi davam etdirəcəyik.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayona ötən il 96 min turistin gəldiyini diqqətə çatdıraraq vurğulayıb ki, onların 50 mini Lahıc qəsəbəsində olub. Qeyd edilib ki, Lahıcla Qala arasında milliliyin saxlanılması, qədimliyin qorunması baxımından bir çox oxşarlıqlar var.

Amerikanın ölkəmizdəki səfiri Robert Sekuta tədbirdə iştirak etməkdən məmnunluğunu söyləyərək qeyd edib ki, “Qala” qoruğundakı abidələrlə tanışlıqdan sonra Azərbaycanın minillik dövlətçilik tarixinin əyani şahidi oldu. Bu irsi bütün dünyaya tanıtmaq lazımdır.

Festivalda sənətkarlıq mərkəzi olan Lahıc və Qala misgərlərinin, zərgərlərin, xalçaçıların, həkkakların, naqqaşların və başqa sənət ustalarının yaratdıqları maddi-mədəniyyət və sənətkarlıq nümunələri, milli və yerli mətbəxin təamları və onların hazırlanma prosesi nümayiş olunub. Əntiq Əşyalar Muzeyinin qarşısında Qala və Lahıc kəndlərini əks etdirən rəsm əsərləri və fotostendlər sərgilənib. Muğam musiqisi, qəzəllər, Lahıc folklor qrupunun ifaları, milli rəqs nümunələri təqdim edilib


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 823

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...