QHT və MEDİA
A- A A+

“Gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirirlər”

2016-07-08 10:20:58

Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Gəncə şəhərində keçirilən “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumunda səsləndirib

O qeyd edib ki, hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır: “Gənclər zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Gənclər siyasəti öz müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində əsas istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilib, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən Gənclər Fondu yaradılıb. 

Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib.  

Bu gün gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirir və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər. Gəncə şəhərinin 2016-cı il “Avropa gənclər paytaxtı” seçilməsində də bu amil xüsusi əhəmiyyət kəsb edib”. 

 V. Quliyev vurğulayıb ki, hazırda Avropa gənclərinin diqqəti Gəncə şəhərindədir. 2016-cı il ərzində çoxlu sayda yerli və beynəlxalq tədbir Gəncədə həyata keçiriləcək. Bu isə bizlərə imkan verir ki, ölkəmizin tarix və mədəniyyətini, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Eyni zamanda, gənclərlə iş sahəsində qazanılmış təcrübəmizi bölüşmək baxımından da belə bir titulun Azərbaycana məxsus olması çox önəmlidir. İnanıram ki, bu gün rəsmi açılışına toplaşdığımız “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumu iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq və yadda qalacaq”.(Azadinform)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 394

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...