SİYASƏT
A- A A+

Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparılmalıdır

2016-07-07 08:10:25

Müraciət

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi Prezident Vladimir Putinə, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə, Dövlət Dumasının deputatı Genadi Züqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, “Rusiya zabitləri” Ümumrusiya İctimai Təşkilatına məktub ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı narahatlıq ifadə olunub. Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən, nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələr xatırladılıb. Bildirilib ki, qətnamələrə qoşulan Ermənistan faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun təbliğatını aparır.“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirəsinə göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi nəzarətinizə götürəcəksiniz və hər zaman olduğu kimi, Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız”, - deyə məktubda qeyd olunub.
Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu da yuxarıda qeyd edilən ünvanlara Yerevanın mərkəzində Ndje Qareginə abidə qoyulmasına etiraz bildirilən məktub göndərib.
Məktubda abidənin açılış mərasimində Ermənistan rəhbərliyinin iştirakı, Ermənistan hökumətinin faşizm ideologiyasını açıq-aşkar təbliğ etməsi qınanılıb. Beynəlxalq ictimaiyyətin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu diqqətə çatdırılıb. “Biz Rusiya rəhbərliyindən, təşkilat və birliklərdən xahiş edirik ki, mövcud faktı qınasınlar və faşizmin davamçılarının bu hərəkətinə son qoymaq üçün tədbirlər görsünlər”, - deyə məktubda qeyd olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 999

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...