CƏMİYYƏT
A- A A+

"Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardır"

2016-07-05 08:30:31

İsrailin “Kanal 9” televiziyasında yayımlanan “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin “qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib.
İosif Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb. Onun “Biz almanlarla əlbir olub Holokost faciəsini törədən “xalq qəhrəmanlarına”, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemitist Njde Qareginə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb.
 Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, politexnoloq Oleq Levinski, vəkil Mark Knyajevskiy iştirak edib. O. Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb.
A. Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir. “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş Sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var - siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”.
 A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır.
 Veriliş iştrakçıları bildiriblər ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin propoqandasıdır, ermənilərin vətənpərvərlik adı ilə  faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir  ki, onlar Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər. 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 752

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...