SİYASƏT
A- A A+

ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycana qarşı növbəti təxribatın qarşısı alınıb

2016-07-02 16:30:51

ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci sessiyası çərçivəsində bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri Azərbaycan əleyhinə tədbir keçirməyə cəhd göstəriblər

Avropanın bəzi antiazərbaycan qüvvələri tərəfindən maliyyələşən bu təşkilatların nümayəndələri ölkəmizlə bağlı böhtan xarakterli çıxışlar ediblər.
Onların bu çıxışları isə Azərbaycan nümayəndələri ilə yanaşı, Gürcüstanın QHT təmsilçiləri və gürcü politoloqlar tərəfindən etirazla qarşılanıb.
Gürcüstanda fəaliyyət göstərən İnsan Haqlarının Müdafiə Təşkilatının rəhbəri Levon Çxeidze, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, Art-Paralel televiziya şirkətinin direktoru Tengiz Txivala çıxış edərək Azərbaycanın iqtisadi tərəqqisindən, Cənubi Qafqazdakı aparıcı rolundan danışıb, ölkəmizdə demokratiyanın inkişafının göstərici olan bir sıra faktları diqqətə çatdırıblar.
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edildiyini, qeyri-hökumət təşkilatlarına, hətta müxalifət mətbuatına dövlət tərəfindən təmənnasız maliyyə yardımlarının göstərildiyini konkret faktlarla diqqətə çatdırıb. Deputat özünü hüquq müdafiəçisi adlandıran bəzi şəxslərin Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına biganə yanaşaraq ölkəmizlə bağlı böhtan xarakterli fikirlər səsləndirmələrinin təəssüf hissi doğurduğunu qeyd edib.
Səsləndirilən faktlar qarşısında çıxılmaz vəziyyətdə qalan təşkilatçılar tədbiri yarıda dayandırmaq məcburiyyətində qalıblar.(AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 513

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...