SİYASƏT
A- A A+

Türkiyə səfiri: “Terrorizmin kökünü kəsəcəyik”

2016-07-01 08:15:07

Türkiyənin Gürcüstandakı səfirliyində İstanbulun Atatürk Hava Limanında terror aktı nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səhər tezdən Türkiyə səfirliyinə axın-axın gələn Gürcüstan dövlət və hökumət  nümayəndələri, o cümlədən Gürcüstanın xarici işlər naziri Mixail Canelidze, diplomatik korpus nümayəndələri, siyasi partiya rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, Gürcüstanda fəaliyyət göstərən türk iş adamları və digərləri xatirə dəftərinə ürək sözlərini yazıblar.
 Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü terror qurbanlarının xatirəsini yad edən Gürcüstan vətəndaşlarına təşəkkürünü bildirib:
 “Terrorizm öz qara üzünü yenə göstərdi. Xain, qorxaq düşmən terror törətdi. Biz başlanğıcdan söyləyirik ki, terrorçunun dini, kimliyi olmaz. Heç bir ölkə terrordan sığortalanmayıb. Dünyada bütün insanlar terrora qarşı mübarizə aparmalıdırlar.
 Türkiyə səfiri terrorun ilk anlarından Gürcüstan rəhbərliyinin diqqətini hiss etdiyini, rəsmi şəxslərin telefon zəngləri ilə Türkiyənin kədərini, acısını paylaşdıqlarını bildirib: 
“Ümid edirəm ki, bu terror aktı son olacaq və biz birliyə doğru addımlayacağıq. Bu gün gürcü və azəri-türk toplumu ürəklərini bizə açdı. Dünən Tiflisin televiziya qülləsi Türkiyə bayrağının rəngi ilə işıqlandırılıb. Biz özümüzü tənha hiss etmirik və gələcəyə ümidlə baxırıq. Türk xalqını qorxutmaq mümkün deyil. İnanıram ki, terrorizmin kökünü kəsəcəyik”. 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 733

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...