SOSİAL
A- A A+

İsveç azərbaycanlıları Yerevanda faşist generalına abidə ucaldılmasına etiraz edirlər

2016-06-29 08:40:37

Skandinaviya Azərbaycanlıları Konqresi faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistanın paytaxtında abidə qoyulması ilə bağlı etiraz bəyanatı yayıb

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İsveçin Baş nazirinə, Xarici İşlər Nazirliyinə, parlamentə, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə göndərilən bəyanatda Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəldilməsi kimi qiymətləndirilir.

Bəyanatda bildirilir ki, Ermənistan dövləti və prezident Serj Sarkisyan Hitler nasizminin əlaltıları haqqında qəhrəman imici yaratmağa cəhd göstərir. Rəsmi Yerevan və dünya erməniləri Hitler və onun yaxın adamları olan erməni generalları Njde ilə Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir. Halbuki Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır. Müraciətdə, həmçinin qeyd olunur ki, erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.

Müraciətdə beynəlxalq ictimaiyyətin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu İsveç rəhbərliyinin diqqətinə çatdırılır. Müraciət müəllifləri hesab edirlər ki, nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələrinin buraxılması, filmlər çəkilməsi, onların adına küçə verilməsi və nəhayət, Yerevanın tam mərkəzində Njdeyə heykəl qoyulması İkinci Dünya müharibəsində həlak olan insanların xatirəsinə həqarət, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunmasıdır.

İsveçdə yaşayan azərbaycanlılar ölkə ictimaiyyətini və rəhbərliyini Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq cəhdlərinin qarşısını almağa və bu istiqamətdə Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıblar.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 495

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...