CƏMİYYƏT
A- A A+

İlham və Fərizə sevgisi yad edilib

2016-06-28 21:25:10

İlham və Fərizənin 30 iyun evlilik gününə həsr olunan tədbir keçirilib

Tədbirdə ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edib. Tədbirin təşkilatçılarından olan jurnalist İlham Tumas 30 iyun tarixinin ölkəmizdə sevgi günü kimi keçirilməsindən danışıb.
Tədbirdə çıxış edən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, bu günü cəmiyyətdə təbliğ etmək lazımdır: “Bu günü sevgi günü kimi anlamalıyıq. Eyni zamanda, 30 iyunu sevgililər günü kimi gənclər arasında təbliğ etməliyik. Çünki əksəriyyət bu gündən xəbərsizdir və onlar sevgililər gününü mahiyyətini tam dərk etmədikləri 14 fevralda qeyd edirlər”.
Millət vəkili Qənirə Paşayeva İlham və Fərizə arasında yaşanan eşqin sadəcə iki gəncin sevgisi olmadığına diqqət çəkib: “İlham və Fərizənin sevgisi adi sevgi deyildi. Onların yaşadığı sevgi Azərbaycan xalqının azadlıq eşqi ilə eyni pillədə dayanan məhəbbətdir. Çünki İlhamın Azərbaycanın müstəqilliyi uğrunda canından keçməsi və Fərizənin buna dözməyərək özünü öldürməsi adi sevgi ola bilməzdi. Onlar bu sevgi ilə Azərbaycan gənclərinə həm məhəbbəti, sədaqəti, həm də vətənə olan eşqi nümayiş etdirdilər”.
Deputat Aydın Mirzəzadə bildirib ki, Fərizə Azərbaycan qadınlarının ümumiləşmiş obrazıdır: “İndiki dövrdə hər xanımın sevgisi o qədər güclü olmur ki, həyat yoldaşı vətən uğrunda canından keçdikdən sonra xanımı da bu sevgi ilə özünü öldürsün. Onlar qəhrəmanlıq üçün yaranmış cütlük idi. Vətən sevgisi onların qəlbində doğulduğu gündən bəri vardı. Buna görə də, İlham və Fərizə vətən uğrunda canlarından keçməklə sevgilərini əbədiyyətə qovuşdurdu”.(azvision.az)
Azərbaycanın əməkdar jurnalisti, Millət vəkili Aqil Abbas İlham və Fərizə sevgisi barədə məlumatların, məqalələrin az olduğundan gileylənib: “Bir çox Milli qəhrəmanlarımız haqqında xeyli məlumatlar, xəbərlər, kitablar yazılıb. Amma İlhamla Fərizə haqqında tutarlı və maraqlı məqalə, araşdırma, televiziya layihələri çox az hazırlanıb. Bu işdə mətbuatın da rolu böyükdür. Çünki onlar bu sevginin tərənnüm olunmasında və vətənpərvərliyin gələcək nəsillərə aşılanmasında xüsusi rol oynayır. Düşünürəm ki, indiki dövrdə Məcnun olmaq asandır, amma Fərizə kimi Leyli olmaq çətindir”. Tədbirin ikinci hissəsi Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, İlham və Fərizənin həyat və eşq hekayəsindən bəhs edən sənədli filmlə davam edib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 488

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...