MƏDƏNİ
A- A A+

“Qarabağ tarixi” adlı elektron xronoqraf

2016-06-27 13:20:05

Şuranın dəstəyilə rus dilində “Qarabağ tarixi” adlı elektron xronoqraf istifadəyə veriləcək

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, əzəli yurd yerimiz olan Qarabağın tarixinin dünyaya dolğun şəkildə təqdim olunmasında internet resurslarının, xarici dillərdə elektron mənbələrin mühüm rolu var. “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə də bu məqsədə xidmət edir.

Layihə əsasında ictimai birliyin www.azerbaycanli.org saytında rus dilində “Qarabağ tarixi” adlı elektron xronoqraf istifadəyə veriləcək.

İctimai birliyin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədovun qhtxeber.az-a bildirdiyinə görə, təşkilat tərəfindən 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan internet məkanında ilk dəfə Qarabağ tarixinin elektron salnaməsi hazırlanıb. Yeni layihə həmin xronoqrafın zənginləşdirilməsini və rus dilinə tərcümə edilməsini nəzərdə tutur.

Elektron toplu Qarabağın ən qədim zamanlardan bu günədək tarixini xronikal qaydada əhatə edəcək. Bu tarixin mühüm hadisələri - Qafqaz Albaniyası, Orta əsrlər, Səfəvilər dövri və digər mərhələlərdə Qarabağın Azərbaycan torpağı olması, Qarabağ xanlığı, 1805-ci ildə xanlığın çar Rusiyası tərəfindən istila edilməsi, bölgəyə ermənilərin köçürülməsi, sonrakı proseslər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın sovetləşməsi dövründə Qarabağda baş verən hadisələr, Qarabağın dağlıq hissəsində muxtar vilayətin yaradılması və sovet dövrü xronoqrafda təfərrüatı ilə əksini tapacaq. topluda Ermənistanın Azərbaycana ərazi iddiası ilə 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi və ötən müddətdə cərəyan edən proseslər, sülh danışıqları ilbəil əhatə olunacaq.

Qeyd edək ki, elektron xronoqraf ictimai birliyin 2009-cu ildən Şuranın dəstəyi ilə həyata keçirdiyi “azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet layihəsinin növbəti mərhələsidir. Ötən müddətdə bu çərçivədə Azərbaycan (qhtxeber)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 688

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...