İQTİSADİ
A- A A+

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 50 milyard dollaradək mənfəət əldə etmək niyyətindədir

2016-06-23 10:45:10

Azərbaycan “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin icrasından 30-50 milyard ABŞ dolları həcmində mənfəət götürməyi nəzərdə tutur

AZƏRTAC xəbər verir ki, bu barədə “naturalgaseurope.com”a SOCAR-dan məlumat verilib. Şirkətdən bildirilib ki, ən pessimist proqnozlarla belə Azərbaycan qarşıdakı 25 il satış və alış müqavilələri müddətində bu layihədən 30 milyard dollar mənfəət əldə edəcək. Layihənin ümumi icra xərcləri 39,1 milyard dollar olacaq ki, bunun da 9 milyard dolları Azərbaycan tərəfindən qarşılanacaq.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin tərkib hissələrini təşkil edən “Şahdəniz” layihəsi və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 16,7 faiz, TANAP-da 58 faiz, TAP-da isə 20 faiz paya sahibdir.

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 755

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...