QHT və MEDİA
A- A A+

"The Jerusalem Post" Ermənistanda nasistə abidə ucaldılmasını tənqid edib

2016-06-22 09:20:25

İsrailin nüfuzlu "The Jerusalem Post" nəşrində Ermənistanda nasistə abidə ucaldılmasının ciddi tənqid olunduğu məqalə dərc edilib

"AZƏRTAC" xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən millətçi erməni Qaregin Njdeyə Ermənistanın paytaxtı Yerevanda ucaldılmış abidə tənqid atəşinə tutulub.
Məqalədə qeyd edilir ki, Qaregin Njde İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq edib və 30 min nəfər ermənidən ibarət legionu nasistlərin ixtiyarına verib. Erməni legionu həm Krım yarımadasında, həm də Qafqazda fəaliyyət göstərərək Sovetlərin qızıl ordusuna qarşı vuruşub. Onun bir hissəsi isə bir müddət müttəfiq qüvvələrinə qarşı Cənubi Fransada mübarizə aparıb. Amma bütün bunlara baxmayaraq, ötən ay İrəvanın mərkəzi meydanında Njdeyə ucaldılmış abidənin açılışı olub.
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqillik uğrunda mübarizə aparmış "milli qəhrəman" və "vətənpərvər" kimi təsvir edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova abidənin açılışından sonra bəyanatla çıxış edərək deyib: "Hamı bilir ki, Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinədir. Bu münasibət dəyişilməzdir. Biz anlamırıq ki, bu abidə nəyə görə ucaldılıb".
Nasizm ideologiyasını və holokost faciəsini tədqiq edən professor Efraim Zuroff "The Jerusalem Post"da bildirib ki, Njde həqiqətən nasistlərlə əməkdaşlıq edirdi və erməni legionunun Krım və Qafqazdakı komandirlərindən biri idi. O bildirib ki, İkinci Dünya müharibəsi zamanı nasistlərlə birlikdə kütləvi qırğınlarda iştirak edən Njdeyə nəinki abidə ucaldılmalı, onun və başçılıq etdiyi hərbi birləşmənin nasistlərlə əlbir olması tənqid edilməlidir.
E.Zuroff deyib: "Onların abidə ucaltması faktı olduqca təhqiramizdir. Biz nasistlərlə əlbir olanların və ya üçüncü reyxin silahlı qüvvələrinə yardım edənlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq".
Zuroff bildirib ki, hazırda Şərqi Avropada tarixin yenidən yazılması və bununla yerli insanların nasistlərlə əməkdaşlığının gizlədilməsi böyük problemdir.
Professor E.Zuroff bildirib ki, Ermənistanda Njdeyə abidə ucaldılması ilə kifayətlənməyiblər, Yerevanda prospekt, böyük meydan və onun yaxınlığındakı metro stansiyası, habelə Syunik rayonunda bir kənd Njdenin adını daşıyır. Bu, nasistlərin qurbanlarının, nasistlərə qarşı vuruşanların xatirəsinin təhqir edilməsi deməkdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 689

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...