TƏDQİQATLAR
A- A A+

Cənubi Qafqazda mədəni dəyərlərin mühafizəsinin təşkili üçün koalisiya yaranacaq

2016-06-21 09:25:30

İyunun 17-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində “Azərbaycanda və Gürcüstanda tarixi abidələrin mövcud vəziyyəti” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirildi

Tədbirdə beynəlxalq ekspertlər, universitetin professor, müəllim heyəti və müxtəlif ölkələrdən olan tələbələr Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi abidələr barədə müzakirələrdə iştirak etdilər.
Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayevin təşəbbüsü ilə təşkil edilən bu tədbirin keçirilməsində məqsəd; Azərbaycan və gürcü alimlərlə birgə Azərbaycanın işğal altındakı tarixi abidələrinin mövcud vəziyyəti və eləcədə ermənilərin Cənubi Qafqazda törətdikləri vandalizm aktları və digər cinayətlər barədə gürcü xalqını və dünya ictimaiyyətini ətraflı məlumatlandırmaq idi.
Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim Ketevan Şaşiaşvili çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri barədə məlumat verərək bildirdi ki: “SSRİ dağıldıqdan sonra imperialist qüvvələr Cənubi Qafqazı rusiyanın nəzarətində saxlamaq üçün Gürcüstanın dövlət müstəqilliyinin bərpasına yol verməmək üçün müxtəlif planlar hazırladılar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı da bu planın tərkib hissəsi idi. Dağlıq Qarabağ və ona bitişik digər rayonlar SSRİ dövründə və ondan əvvəlki dövrlərdə də Azərbaycana məxsus olub. Gürcüstanın da ərazilərinin işğalı eyni ssenari əsasında həyata keçirilib. Bütün bunların bir məqsədi olub, iki dost və qardaş ölkə olan Azərbaycanın və Gürcüstanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutmalarına mane olmaq, inkişafdan saxlamaq. Müəyyən mənada buna nail olunsa da hər iki dövlət bu gün müstəqil siyasət yürüdür, möhkəmlənir və inkişaf edir”. Dünya birliyini erməni vandalizminə qarşı mübarizəyə səsləyən professor deyib ki, Gürcüstan hökuməti bununla bağlı xüsusi layihə hazırlayıb.
K.Şaşiaşvili jurnalistlərə müsahibəsində deyib: “Bu gün Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərində minlərlə tarixi abidə var. Ermənilər bu abidələri dağıdır, talan edirlər. İslam mədəniyyətinə aid olan abidələr dağıdılır, xristian mədəniyyətinə aid olan abidələrin adları dəyişdirilir. Bu abidələrin bəziləri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Buna baxmayaraq, ermənilər Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki məbədlərin, alban tarixinə aid kilsə və digər tikili abidələrin adlarını silib erməni adı ilə qeydiyyata salıblar. Biz bu cür hallara qarşı mübarizəmizi gücləndirməliyik”.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov çıxışında işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı məlumat verdi. Bildirdi ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 6 minə yaxın daşınmaz tarixi abidə, 34 minə yaxın bədii irs nümunəsi qalıb. Ermənilər bu abidələrin əksəriyyətini dağıdıb, talan ediblər. Ermənistana daşınan səyyar abidələrin çoxu xaricə satılıb. İşğal altında olan kitabxanalarda saxlanılan 4,6 milyon   kitabın və digər yazılı məlumatların   saxlanıldığı məlum deyil.
F.İsmayılovun çıxışı zamanı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı  ictimai birliyi tərəfindən  hazırlanmış videoçarx nümayiş etdirildi. Videomateriallarda ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları konkret faktlarla əyani şəkildə iştirakçılarının diqqətinə çatdırıldı.
F.İsmayılov jurnalistlərə müsahibəsində dedi: “Azərbaycanın və Gürcüstanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatlar abidələrin mühafizəsinə nəzarət etməlidirlər. Çünki Ermənistan hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud şəkildə pozublar. Məhz bu səbəbdən də vandalizm hallarına qarşı birgə mübarizə aparmaq lazımdır.
Daha sonra Azərbaycanın “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, Gürcüstanda çıxan “Kommentarii” jurnalının baş redaktoru Vladimir Svidiani, Qafqaz Beynəlxalq Universitetinin müəllimi İnqa Baliaşvili və başqaları çıxış edərək mövzunun aktuallığını qeyd edib, dünya ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacibliyini vurğuladılar.
Yığıncağın sonunda qərara alındı ki, Mədəni dəyərlərə qarşı yönələn zorakı hərəkətlərə, vandallıqlara və digər pozucu hallara qarşı birgə mübarizə aparmaq və eləcədə Cənubi Qafqazda Mədəni dəyərlərin mühafizəsinin təşkili üçün işçi qrupu yaradılsın. İşçi qrupun birinci iclası sentyabr ayında Bakıda keçirilsin. 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 741

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...