MƏDƏNİ
A- A A+

Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir

2016-06-21 09:05:39

25-26 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə festivalı” adlı tədbir keçiriləcək.

“Ailə festivalı” adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcəkdir. Tədbirin qonaqları Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq, ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunların keçirilməsi nəzərdə tutulub.
Festivalın yüksək səviyyədə təşkili və keçirilməsi üçün muzeyin əməkdaşları ilə bərabər Əsli Səmədovanın təşəbbüsü ilə buraya cəlb edilən könüllülər də iştirak edəcəklər.
Bu yeni təşəbbüs muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaqdır. İlk təşəbbüs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində baş tutacaq.
Muzeyin nəzdində olan Uşaq Muzeyi şöbəsi bu festival üçün, xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Azərbaycan Xalça Muzeyinin bələdçiləri muzey kolleksiyası və xalça tarixi barədə 20 dəqiqəlik mini ekskursiyalar təqdim edəcəklər.

Tədbir proqramında əlavə olaraq uşaqlarla çalışan xüsusi qonaq kimi dəvət olunmuş təşkilatların (“Təməl Education Center” uşaq mərkəzi, “XXI Əsr Art Studio”), xalça və parça sənayesi növlərini öyrənən həvəskarların (milli geyim və kəlağayı kolleksiyaçıları Ruslan Hüseynov və Fuad Cəbrayılov), masaüstü oyun yaradıcılarının (Sənan Mahmudov və Ayla Mirzəzadə), illüstrasiya və animasiya üzrə rəssam Aidə Əmirovanın və başqalarının iştirakı da nəzərdə tutulur.
Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə “Milli İrsimiz” layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazlların, “Art-detektiv” müsabiqələrinin nümayişini təqdim edəcəkdir.
Bundan başqa, ölkəmizdə ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim olunacaq. Festival çərçivəsində zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunacaq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanacaq.
Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş oyunlar da vardır. Oyunların bir çoxu məktəbəqədər uşaqlar olduğu halda valideynlərin iştirakını da nəzərdə tutur. Bilet 25-26 iyun tarixlərində saat 11:00-dan 19:00-dək Azərbaycan Xalça Muzeyini və onun ekspozisiyalarını ziyarət etmək imkanı yaradır. Biletləri əvvəlcədən və ya festival günlərində muzeyin kassasından əldə edə bilərsiniz. 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1149

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...