SİYASƏT
A- A A+

"Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükədir"

2016-06-20 09:15:27

Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi sahədə əməkdaşlığı Ermənistana qarşı yönəlməyib

"Report" xəbər verir ki, bunu Gürcüstanın sabiq müdafiə naziri və ABŞ-dakı keçmiş səfiri, hazırda Gürcüstan Atlantik Şurasına sədrlik edən Vasil Sixarulidze Ermənistan KİV-in Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü ilə bağlı sualına cavabında bildirib.

"Üçtərəfli əməkdaşlığın heç vaxt üçüncü tərəfə qarşı yönəlməməsi ilə tərəflər razıdır. Əməkdaşlığın əsas hədəfi vacib infrastruktur obyektlərin müdafiə olunmasıdır ", - deyə keçmiş müdafiə naziri söyləyib.

O, qeyd edib ki, Bakı - Tbilisi - Ankara, əsasən, energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirir: "Bu əməkdaşlıq bölgənin təhlükəsizliyi və sabitliyinə yönəlib".

 

Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı mövcud münaqişədən danışan keçmiş səfir deyib ki, Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün təhdiddir: 

"20 ildən artıq müddətdir davam edən bu münaqişə Cənubi Qafqaz ölkələrinin hamısının inkişafına mənfi təsir edir və regional əməkdaşlığın inkişafına maneədir. Münaqişənin dinc yolla həlli Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də vacib həyati əhəmiyyət daşıyır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 723

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...