CƏMİYYƏT
A- A A+

Əcnəbi mediada ermənipərəst jurnalistin yazısına cavab məktubu dərc olunub

2016-06-18 10:00:06

İtaliyanın “Il Giornale” qəzeti

İtaliyanın “Il Giornale” qəzetində jurnalist Can Mikalessinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin ardınca Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə də aprel ayında qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini əks etdirən “Unudulmuş müharibənin postları arasında səyahət” adlı məqaləsi dərc edilib. Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu işıq üzü görüb.

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məktubda M.Əhmədzadə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu 20 ildən artıq müddətdə işğal altında saxladığını, bir milyondan çox azərbaycanlının Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib.

Aprelin 2-də təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair çoxsaylı dəlillərin olduğunu vurğulayan M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasındakı itkilər və mülki obyektlərə dəymiş ziyan, ASALA terrorçu təşkilatının üzvlərinin Ermənistan silahlı qüvvələri tərkibində döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid kimi faktları oxucuların diqqətinə çatdırıb.

Qeyd edilib ki, bölgədə gərginliyə əsas səbəb Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsidir və Ermənistan bu faktları ört-basdır etmək məqsədilə mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir.

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 999

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...